Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-365/2023 09.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əliyeva Elnurə Mütalib qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Rusiya Federasiyasının, Tomsk şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 333-1.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:40-da “VAZ 21074” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Səməndər Vahidovla xidmətdə olarkən Ağsu şəhəri, H.Əliyev küçəsində hərəkətdə olan “VAZ 21074” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun qadağanedici işığında hərəkət etməsini müəyyən etmişlər. Dərhal qeyd olunan avtomobili saxlamış, sürücü Şəxs sənədləri yoxlanılan zaman özünü qeyri səlis apardığı üçün narkotik maddə qəbul etməsi onlarda şübhə doğurmuş, ona görə də qeyd olunan avtomobili sürücüsü ilə birlikdə Ağsu RPŞ-nin müvəqqəti duracağına gətirmişlər. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı məhəllə ilə piyada gedərkən yolun kənarında daşın üzərində olan siqaret qutusu diqqətini çəkmiş, o, həmin siqaret qutusuna yaxınlaşıb götürərkən içərisində bükülü narkotik vasitə olduğunu görmüş və həmin narkotikdən 1 dəfə istifadə etmək qərarına gəlmişdir. Həmin narkotik vasitəni istifadə edib Ağsu şəhəri ərazisində yerləşən avtomobil təmiri sexinə gedib ustada olan “VAZ 21074” minik markalı avtomobilini götürüb gedərkən Ağsu şəhəri, H.Əliyev prospektində işıqforun qırmızı işığının tələbinə məhəl qoymayaraq hərəkət etmişdir. Bu zaman həmin ərazidə xidmətdə olan yol patrul xidməti əməkdaşları onu etdiyi qayda pozuntusuna görə saxlamış və onunla söhbət zamanı özünü qeyri səlis apardığı üçün narkotik vasitə istifadə etdiyindən şübhələnib onu avtomobili ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Səhvini başa düşür, əməlindən çox peşmandır, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə X4 ilə birlikdə xidmətdə olarkən Ağsu şəhəri, H.Əliyev küçəsində hərəkətdə olan “VAZ 21074” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun qadağanedici işığında hərəkət etməsini müəyyən etmişlər. Dərhal qeyd olunan avtomobili saxlamış, sürücü Şəxs sənədləri yoxlanılan zaman özünü qeyri səlis apardığı üçün narkotik maddə qəbul etməsi onlarda şübhə doğurmuş, ona görə də qeyd olunan avtomobili sürücüsü ilə birlikdə Ağsu RPŞ-nin müvəqqəti duracağına gətirmişlər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:40-da VAZ 21074” minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə etməklə sərxoş halda idarə etməklə, İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilən “İnvitro” X3 tərəfindən verilmiş müayinə sənədindən görünür ki, Şəxs morfin qəbul edilməsi faktı aşkar edilmişdir. İXM-in 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, şahid ifadəsi, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 333- 1.1-ci maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-365/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-365/2023
09.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver