Məhkəmə qərarları › İş №3(016)-368/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-368/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-368/2023 10.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X2 Natiq oğlunun sədrliyi Məmmədova Esma Kərim qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə Şəxs “Opel Astra” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhəri H.Əliyev prospektində Ağsu şəhəri Ü.Hacıbəyov küçəsi istiqamətində hərəkət edərkən qəflətən idarəetməni itirmiş, avtomobil yolun əks tərəfinə çıxaraq hasara və yol kənarında olan ağaca dəymiş, nəticədə sürücü Şəxs bədən xəsarəti alaraq Ağsu MRX-na müraciət etməsi barədə Ağsu RPŞ-nə məlumat daxil olmuşdur. Bundan sonra Ağsu rayon X1 Qrupunun baş təhqiqatçısının xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi faktı əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin DYPB-yə göndərilmişdir. Ağsu Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən “Opel Astra” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi barədə (İnzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirilməsi halına görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarında qeyd edilmiş məhkəmə-tibb ekpertizasının 151 nömrəli rəyindən görünür ki, Şəxs bədəni üzərində olan, başın təpə nahiyəsində yumşaq toxumanın böyük həcimli əzilmiş-cırılmış yarası, küt travma təsiri nəticəsində əmələ gəlmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraatın materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin: 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri sübut olunmur. Belə ki, İXM-nin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yol-nəqliyyat hadisəsi zamanı yalnız sürücü Şəxs yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Qeyd edilən maddənin dispozisiyasında zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Sürücü Şəxs inzibati xəta törədən şəxs kimi məhkəməyə verilsə də material üzrə zərərçəkmiş şəxs müəyyən edilməmiş, yol-nəqliyyat hadisəsi baş verərəkən avtomaşında sərnişin, yolu keçən hər hansı piyada olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetirilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar