Məhkəmə qərarları › İş №3(016)-37/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-37/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-37/2025 10.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Mən, hakim Əsgərov Anar Əlifağa oğlu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 232.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ağsu rayon Polis şöbəsi tərəfindən Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli və İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollardan görünür ki, onlar bir nəfər şəxsin - Şəxs barəsində 232-1, 510 və 535.1-ci maddələri ilə 10 fevral 2025-ci il tarixdə tərtib olunaraq, baxılması üçün 10 fevral 2025-ci il tarixdə Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətalarla bağlı onun barəsində 10 fevral 2025-ci il tarixdə tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və İXM-in 34.2, 114 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə olan 10 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli və İXM-in 510 və 535.1-ci maddələri ilə olan 10 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(016)-36/2025 nömrəli və 3(016)-37/2025 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(016)-36/2025 nömrəsi saxlanılsın. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar