Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-370/2023 13.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan və Ağsu şəhəri, Təzə məhəllədə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 227-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs vətəndaş X3 qarşı dələduzluq edərək 300 manat pulunu ələ keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X4 tanımır, onunla aralarında ədavət və düşmənçilik yoxdur. Əvvəllər tanıdığı Şahin adlı şəxsə zəng edərək qohumu və tanışı varsa onu işə düzəldə biləcəyini bildirmişdir. Şahin ona Sadiq adlı qohumunun olduğunu, onu işə düzəltməsini ondan xahiş etmiş, o, Şahindən Sadiqin mobil nömərəsini alıb onunla əlaqə saxlamışdır. Sadiqə onu qaz idarəsində sürücü kimi işə düzəldəcəyini, 600 manat maaş alacağını, lakin sənədlərini hazırlatmaq üçün 500 manat pul lazım olduğunu demiş, Sadiq ona 500 manat yox 300 manat verə biləcəyini demişdir. Sadiqə pul ilə birlikdə ailə tərkibi haqqında arayış, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, 3/4 şəkil, hərbi bileti ilə birlikdə xx.xx.2023-cü il tarixdə gətirməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Sadiq ona zəng edib harada görüşə biləcəklərini soruşmuş, o, Ağsu rayonu, Qaraqaşlı kəndi ərazisində Qaz idarəsinin yanında olan çayxanada olduğunu bildirmişdir. Sadiq onun yanına gəlmiş, orada görüşüb sənədləri və 300 manat pulu ondan almış və 5 dəqiqəyə sənədləri yola salıb gələcəyini demiş, bundan sonra çıxıb getmişdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, işsiz olduğu üçün fəhləçilik edərək dolanır. Kürdəmir rayon sakini Şəxs tanımır, onunla hər hansı bir münasibəti yoxdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdə olan zaman Qadir ona zəng etmişdir. Həmin vaxt ona tanışı Şahindən nömrəsini aldığını, işsiz olduğu üçün Qaz idarəsinə sürücü kimi işə düzəldəcəyini, 600 manat maaş alacağını, lakin sənədlərini hazırlamaq üçün 500 manat pul lazım olduğunu demiş, o, Qadirə 500 manat yox 300 manat verə biləcəyini demişdir. Qadir ona pul ilə birlikdə ailə tərkibi haqqında arayış, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, 3/4 şəkil, hərbi bileti xx.xx.2023-cü il tarixdə gətirməsini bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Qədirə zəng etmiş, harada görüşə biləcəyini soruşmuş, Qadir ona Ağsu rayonu, Qaraqaşlı kəndi ərazisində Qaz idarəsinin yanında olan çayxanada olduğunu bildirmişdir. O, Qadirin yanına getmiş, orada görüşüb sənədləri və 300 manat pulu Qadirə vermişdir. Qadir ondan pulu və sənədləri almış, 5 dəqiqəyə sənədləri yola salıb gələcəyini demiş, çıxıb getmişdir. Qadiri gözləməsinə baxmayaraq qayıdıb gəlməmişdir, həmin gün bir neçə dəfə Qadir ilə telefon əlaqəsi saxlasa da, telefonuna zəng çatmamış, aldadıldığını başa düşərək Ağsu RPŞ-yə gələrək ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Şəxs barəsində ağır inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarına əlavə edilən “İnzibati xəta haqqında” 13 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs vətəndaş X3 qarşı dələduzluq edərək 300 manat pulunu ələ keçirmişdir. İş materiallarına əlavə edilən Ağsu Rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-in 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin izahatı, Ağsu Rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarı, “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli protokol və digər iş materialları ilə təsdiq olunur. İXM-in 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsluliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 03 (üç) ay müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 13 sentyabr 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-370/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-370/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver