Məhkəmə qərarları › İş №3(016)-376/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-376/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-376/2024 17.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs – Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-601/2023 saylı icra vərəqinə əsasən Şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başalayaraq hər ay 180 manat məbləğində sabit pul şəklində aliment tutularaq X2 ödənilməlidir. Həmin qətnamə üzrə xx.xx.2023-cü il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-601/2023 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmiş və borclunun xx.xx.2024-cü il tarixə 1260 manat borcu qalmışdır. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən 17.07 2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 izahat verərək göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 601/2023 saylı icra vərəqinə əsasən Şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başalayaraq hər ay 180 manat məbləğində sabit pul şəklində aliment tutularaq X1 xeyrinə verilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Borclu xx.xx.2024-cü il tarixə qədər 2520 manat ödəniş etmişdir. Hal-hazırda borclunun 1260 manat borcu qalmışdır. Hazırda borcundan 500 manat ödəyə bilir. Qalıq borcu tam icra edə bilmir. Məhkəmə qətnaməsini icra etmədiyinə görə barəsində Azərbayca Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, işləmədiyi üçün borcunu dəyə bilmir, maddi imkanı zəif olduğu üçün aliment borcu üzrə qalıq borcu tam ödəyə bilməmişdir. Hazırda protokol tərtib edildikdən sonra 500 manat ödəmişdir. Qalan borcu isə hər ay ödəyəcəkdir, maddi imkanı olduğu təqdirdə qalıq borcu daha qısa müddət ərzində ödəyəcəkdir. Bu səbəbdən barəsində olan protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-601/2023 saylı icra vərəqinə əsasən Şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başalayaraq hər ay 180 manat məbləğində sabit pul şəklində aliment tutularaq X2 ödənilməlidir. -İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağsu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Ağsu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişlərindən görünür ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. -İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdən hesablanmış aliment borcundan hazıradək 2520 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixdə də Şəxs tərəfindən tələbkara 500 manat ödəniş edilmişdir. Göründüyü kimi məhkəmə iclasında iş materialları ilə müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başalayaraq hər ay 180 manat məbləğində pul alınaraq X2 verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-601/2023 saylı icra sənədinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini yerinə yetirərək borcundan ödənişlər etmişdir. Şəxs qalıq 1260 manat aliment borcundan hazırda 500 manat ödəmişdir. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əmBədrəddin (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyasi hüququ var. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifBədrəddin şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda (maddə 53.0.3) inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifBədrəddin şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərəçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifBədrəddin şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirərək icra sənədi üzrə borc məbləğindən 500 manat ödədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nın 43, 53, 105.1, 106-180-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar