Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-379/2025 26.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Mən, Ağsu Rayon Məhkəməsinin hakimi Əsgərov Anar Əlifağa oğlu, Ağsu rayon Polis şöbəsinin “İnzibati tənbeh vermə haqqında” qərarından X1 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsi və cərimənin silinməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 109.1 və 109.1.6-cı maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Adı çəkilən hüquq normalarından göründüyü kimi protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qərardaddan şikayət verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, X1 mübahisələndirdiyi qərarı ərizəyə əlavə etməmişdir. İXM-in 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub QƏRARA ALDİM: Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-379/2025
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-379/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver