Məhkəmə qərarları › İş №3(016)-38/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-38/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-38/2024 01.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X19 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnun iştirakı ilə, xx.xx.1985-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 386 manat aliment tutularaq X9 ödənilməlidir. Həmin qətnamə üzrə 06 iyun 2023-cü il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağsu Rayon Məhkəməsinin 2(012)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanması üçün hər ay 386 manat pul məbləğində aliment alınaraq tələbkara verilməsi barədə icra sənədi icraata daxil olmuşdur. Qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir.Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir.. Borclu hazırda ödəniş etməmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə hər ay 386 manat X9 verilməlidir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X11 onun himayəsinə verilmiş və xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə onun təxminən 3800 manat borcu vardır. Lakin uşaqlar hazırda onun himayəsindədir və qarşı tərəfin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən ona 4246 manat aliment borcu vardır. X12 həmin borcu hazıradək ödəməmişdir. O, da hazırda himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlara baxır və həmin uşaqlara baxılması üçün əvvəlki qətnamə ilə X9 verilməli olan qalıq təxminən 3800 manat borcu birbaşa ödəməyə imkanı yoxdur. Qarşı tərəf bütün aliment borcunu ödədiyi təqdirdə həmin borcu ödəyə bilər. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Şəxs xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 193 manat olmaqla, ümumilikdə cəmi 386 manat sabit pul məblğində aliment X7 xeyrinə tutulması, cavabdeh X4 xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay bir uşağa görə 193 manat sabit pul məblğində aliment iddiaçı Şəxs xeyrinə tutulması qət edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 193 manat olmaqla, ümumilikdə cəmi 386 manat sabit pul məblğində aliment X7 xeyrinə tutulmalıdır. - İcraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1077/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X11 anası Şəxs himayəsində saxlanılması, cavabdeh X4 iddiaçı Şəxs xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 193 manat sabit pul məblğində aliment tutulması qət edilmişdir. - Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-461/2023 saylı, xx.xx.2023-cü il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1077/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən X1nun aliment borcu 4246 manat təşkil edir. X1 qeydiyyat ünvanını dəyişdiyi səbəbdən icra sənədləri xx.xx.2024-cü il tarixdə icra tədbirlərinin davam etdirilməsinə görə ərazi aidiyyəti üzrə Gəncə şəhər İcra idarəsinə göndərilmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan normaların tələbindən görünür ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, icrasına maneələr yaratmamış və bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Həmçinin, məhkəmə iclasında müəyyən olundu ki, iş materillarında olan sənədlərdən görünür ki, Şəxs, həmin iş üzrə digər icra sənədinə əsasən 4246 manat aliment borcu ödənilməlidir. Həmin borc ödənildikdən sonra borcunu ödəməyə hazırdır. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 47-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar