Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-380/2023 30.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X9 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi v.m.i.e., polis kiçik leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Ağsu rayonu Cəlayır kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu Cəlayır kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə X3 500 manat nəğd pulunu dələduzluq yolu ilə talamaqla xırda talama inzibati xətanı törətmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi v.m.i.e., polis kiçik leytenantı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi v.m.i.e., polis kiçik leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs xahişinə əsasən dəymiş ziyanı ödəməsi üçün məhkəmə tərəfindən iclas xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə təxirə salınmış, həmin tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkmə iclasına gəlməmiş və məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış, lakin həmin tarixdə də məhkəmə iclasında iştirak etməmiş və bundan sonra məhkəmə tərəfindən barəsində məcburi gətirmə qərarı qəbul edilərək xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Hazırda da prosesdə iştirak edir və dəymiş ziyandan hər hansı ödəniş etməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Şəxs onun qohumunu işlə təmin etdirməsi məqsədilə 500 manat pul vermişdir. Lakin hazıradək iş düzəlməmiş, verilmiş pulu da geri qaytarmamışdır. Bu səbəbdən hazırda şikayətçidir. Tələbi pulunun qaytarılmasıdır. Odur ki, borcun qaytarılması üçün vaxt verilməsini, qaytarmadığı təqdirdə Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclaslarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o, X1 500 manat pulu 2-3 ay müddətinə geri qaytarılması vədi ilə borc almış, lakin Yasəmən Əliyevaya onun qohumunu işlə təmin etdirəcəyinə vəd vermədiyini bildirmişdir. Hal-hazırda borcu qaytarmağa imkanı yoxdur. Borcun ödənilməsi üçün 15 gün vaxt verilməsini xahiş etmişdir. Borcun ödənilməsi verilmiş vaxtda borcu ödəməmişdir. Protokolun rədd edilməsini, borcu ödəmək üçün əlavə olaraq vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X3 500 manat nəğd pulunu dələduzluq yolu ilə talama etmiş və İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs cinayət işi üzrə CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuş, X3 500 manat nağd pulunu dələduzluq yolu ilə talamış Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Ağsu rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə Ağsu rayonu, Cəlayir kəndində anadan olmuş, Ağsu rayonu, Cəlayir kəndində qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2023-cü il tarixə təxirə salınmış məhkəmə iclasına məcburi gətirilməsi barədə qərardad qəbul edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2023-cü il tarixdə X3 500 manat nəğd pulunu dələduzluq yolu ilə talamış və İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, İXM-in 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir (Qeyd: Bu Məcəllənin 227ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.). İXM-nin 227-cimaddəsinin dispozisiyasından göründüyü kimi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 227-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-nin: 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində inzibati xətanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-380/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-380/2023
30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver