Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-381/2025 18.02.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, DİN BDYPİ-nin 15 dekabr 2025-ci il tarixli EQ 32666552 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN BDYPİ-nin 15 dekabr 2025ci il tarixli EQ 32666552 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan “Opel Astra” minik markalı, **-DV-*** qeydiyyat nişanlı avtomobili ilə 15 dekabr 2025-ci ildə Ağsu şəhərindən rayonun Padar kəndinə gedərkən istifadəsində olan telefonuna SMS radar proqramı ilə 100 manat cərimə olunmağı haqqında elektron protokol, iki ədəd fotoşəkil gəlmiş fotoşəkillərdən birində təkcə onun avtomobillinin arxa hissəsində yerləşdirilmiş qeydiyyat nişanının nömrəsi, ikinci fotoşəkildə isə xeyli uzaqda heç birinin nömrələri görünməyən iki minik avtomobillərindən birinin digərini düz xətt ərazisində ötməsi göstərilir. Həmin protokola görə onun avtomobili qeyd alınma yeri və vaxtı xx.xx.2025-ci ildə, saat 14.05.31də Bakı-Şamaxı və Yevlax yolunun 164,5-ci km-də göstərilmiş, qərarın verilmə tarixi isə xx.xx.2025-ci ildə, saat 18.21.38-də göstərilmişdir. Qərara əsasən o, düz xətdə yol hərəkəti haqqında qaydanı pozaraq ötmə əməliyyatını etmişdir. O, qeyd edilən yerdə ötmə əməliyyatı etməmişdir, bununla razı deyil. Ona görə ki, protokol düzgün deyildir. Əvvəla həmin şəkilləri operator çıxarıb sonradan bunun əsasında protokol və qərar tərtib edilərək SMS-lə göndərilmişdir. Şəkillərdə göstərilənlər protokolda göstərilənlərlə biri-birini tamalamır, bir-birinə uyğun gəlmir. Belə ki, fotoşəkildə göstərilən və onun avtomobili ilə əlaqədar cərimə yazılmışdırsa ötmə vəziyyətində olanda fotoşəkli verilməli idi. Onun avtomobili radarın yanından keçən anda ayrıca olaraq arxadan şəkli çəkilmişdir. Onun avtomobilinin arxa hissəsində olan fotoşəkli xeyli uzaqda ötmə əməlliyyatı edən avtomobilin olmasını təsdiq etmir, çünki ötmə əməliyyatı edən atomobilin nömrə nişanı və hansı markadan olması göstərilmir. İkincisi də fotoşəkillər üzərində hər birinin vaxtının saniyələr göstəricisi əks edilməmişdir. Əgər vaxtlarının saniyələr göstəricisi əks edilmiş olsaydı və bunlar arasındakı vaxt fərqi 5-15 saniyə olmuş olsaydı, buna etirazı olmazdı. Odur ki, düzgün olmayan protokol tərtib edilmiş və onun əsasında da qərar tərtib edilmişdir. Ona görə də protokol əsasında yazılmış qərar ləğv edilməlidir. Şikayətçi xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şikayətdə göstərilənləri müdafiə edərək “İnzibati tənbeh vermə haqqında” 15 dekabr 2025-ci il tarixli EQ 32666552 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumalandırılsalar da məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati tənbeh vermə haqqında” 15 dekabr 2025-ci il tarixli EQ 32666552 nömrəli qərardan görünür ki, X1 15 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X1 xx.xx.2025-ci il tarixdə “Opel Astra” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax yolunun 164.5-ci km-də hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuş, nəticədə, İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, DİN BDYPİ-nin 15 dekabr 2025-ci il tarixli EQ 32666552 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 114, 115, 117 və 134.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. DİN BDYPİ-nin 15 dekabr 2025-ci il tarixli EQ 32666552 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-381/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-381/2025
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver