Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-386/2023 02.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Ağsu rayonu, Ərəbuşağı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu çağırmış, o, həmin vaxt spirtli içki qəbul etmişdir. Bu səbəbdən, ona kimin zəng etdiyini anlamamış və aralarında anlaşımazlıq yaranmışdır. Polislə kobud davranmış, amma onu söyməmişdir. Polis əməkdaşları onu Ağsu RPŞ-nə dəvət etmiş, o, getmək istəməmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları onu məcburi qaydada Ağsu RPŞ-yə gətirmişdir. O, səhvini başa düşür, əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu Rayon Polis X2 baş müstəntiqi X6 məhkəmə iclasında çıxış edərək göstərmişdir ki, Şəxs təhqiqatda müraciəti olub, ona məhkəməyə müraciət etməsi bildirilib. O, məhkəməyə müraciət etmiş və məhkəmə onun xeyrinə qətnamə çıxarmış, icraya yönəltmişdir. Sonradan həmin cavabdeh türməyə getdiyi üçün icraçı pulu ödətdirə bilməmişdir. İş Yaşarda olmuş, rəis ona demişdir ki, Ədili çağırıb qanuni yolunu başa salsın, o da Ədilə zəng etmiş, zəng edən kimi Ədil onu söyməyə başlamışdır, o, Ədilə sakit olmasını desə də Ədil dinləməyərək, onun valideynlərini də söymüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu RPŞ-nin İTBnin sahə polis nəfəri Cəbrayıl Hacıyevlə birlikdə Şəxs Ağsu RPŞ-nə dəvət etmək üçün onun yaşadığı ünvana gedib onu Ağsu RPŞ-yə dəvət edən zaman vətəndaş yaşadığı evin qapısında polis şöbəsinə getməyəcəyini bildirmiş, sərxoş vəziyyətdə uca səslə səs-küy salmağa, ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar vətəndaşı nizam-intizama dəvət edən zaman Şəxs polisin qanuni tələbinə tabe olmayıb öz hərəkətlərini davam etdirmişdir. Onlar da həmin şəxsi Ağsu RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu RPŞ-nin İTB-nin sahə polis nəfəri X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Ağsu RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Əlşaban Adilzadə ilə birlikdə Şəxs Ağsu RPŞ-nə dəvət etmək üçün onun yaşadığı ünvana gedib onu Ağsu RPŞ-yə dəvət edən zaman vətəndaş yaşadığı evin qapısında polis şöbəsinə getməyəcəyini bildirmiş, sərxoş vəziyyətdə uca səslə səs-küy salmağa, ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar vətəndaşı nizam-intizama dəvət edən zaman Şəxs polisin qanuni tələbinə tabe olmayıb öz hərəkətlərini davam etdirmişdir. Onlar da həmin şəxsi Ağsu RPŞ-yə gətirmişlər. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 02 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 02 oktyabr 2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolu ilə müəyyən olunur ki, Şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadəsi, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs hadisə zamanı sərxoş olması inzibati məsuliyyəti ağırlaşdıran haldır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-386/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-386/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver