Məhkəmə qərarları › İş №3(016)-390/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-390/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-390/2024 22.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Ağsu rayonu Qaradağ kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ağsu rayonu Qaradağ kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilir, zərərçəkmişlə barışıq əldə edib və barəsində tərtib edilmiş protokolun icrasına xitam verilməsini xahiş edir. Bu barədə ərizəni də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəxs ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Bu barədə ərizəni də məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 22 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 199 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2024-cü il tarixinə uyğun xəsarət aşkar edilməmişdir. - Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 iyul 2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağsu RPŞ-nin İTB-nə göndərilmişdir. - Zərərçəkmiş şəxs 22 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. - Şəxs 22 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Abıyev X3 Nuranə Bayram qızı ilə barışmış və işin icraatına xitam verilməsini xahiş etmişdir. İXM-nin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığına görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nın 43, 53, 105.1, 106-110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar