Məhkəmə qərarları › İş №3(016)-393/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-393/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-393/2024 24.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu RPŞ-nin Sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Ağsu şəhəri, A.Osmanov küçəsi, ev 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu şəhəri, SSİ-nin inzibati binasında Zərərçəkmiş şəxs Ənvər oğlunu təhqir edərək ictiami əsayişi pozmuşdur. Bu barədə Ağsu RPŞ-nin Sahə rəisi, polis kapitanı X4 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin Sahə rəisi, polis kapitanı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs onu X13 kəndinə sərfiyyat olan su pullarını yığması üçün göndərib. Həmin vaxt isti havada çox əziyyət çəkmişdir. Belə ki, Zərərçəkmiş şəxs ona zəng vuraraq onu bu axşam nu nasoslarına nəzarət etmək üçün gözətçi növbəyə yazdığını bildirib. O, isə Zərərçəkmiş şəxs bildirib ki, o gün qripidir və evdə azyaşlı uşağı var, onu gecə növbəsinə yazmasın, sonra Eyvaz ona bildirib ki, onda onu sabah yəni xx.xx.2024-cü il tarixə növbəyə yazır. Bundan sonra Eyvazla onun arasında sözlə mübahisə yaranmış, bir qədər sonra onu Ağsu şəhəri SSİ-nin rəisi Səfər Məmmədov öz xidməti otağına dəvət edərək məsələyə aydınlıq gətirmək istədi. O, Səfər Məmmədovun xidməti otağına getdikdə İkram, Xalidə, Vahid və Eyvaz otaqda idilər. Bundan sonra X14 bildirmişdir ki, onu sakrşeniyyə salıb işdən xaric edəcəklər. Onun bu sözündən sonra o, əsəbləşib bir qədər Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etdilər, daha sonra o, Zərərçəkmiş şəxs bildirdi ki, o kişi deyil, sonra orada olan şəxslər onu sakitləşdirib oradan uzaqlaşdırdılar. Hazırda barışmışdır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, Ağsu SSİ-də sudan istifadə şöbəsinin rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə də Ağsu RPŞ-nə o ərizə ilə müraciət edib. Buna səbəb olaraq o bildirir ki, o, Şəxs 1 günlük suvarma sistemlərinə nəzarət etmək üçün işə buyurub. Şəxs ona qarşı ehtinadsızlıq edərək 1 günlük növbədə durmaqdan imtina etdi. Bundan sonra Şəxs onun mobil telefonuna bir neçə dəfə zəng vuraraq ona qarşı hədə-qorxu gələrək onu nalayiq söyüşlərlə təhqir edib. O, bu barədə idarənin rəhbərinə məlumat verib. İdarənin rəhbəri S.Məmmədov onu və Şəxs xidməti otağına çağırmış, ona öz iradını bildirdikdə Şəxs ondan üzr istəmək əvəzinə onu təkrar olaraq S.Məmmədovun otağında iş yoldaşları baş mühasib X2, kadrlar şöbəsinin rəisi X7, katibə X5 və idarənin rəisi S.Məmmədovun yanında nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Hazırda barışmışlar, Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirmişdir ki, hal-hazırda Ağsu şəhəri, SSİ-də kadrlar üzrə inspektor vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə təxminən 11:00 radələrində o və digər iş yoldaşları olan X2, katibə X8, Şəxs ilə birlikdə idarənin rəisi Səfər Məmmədovun xidməti otağında olarkən Zərərçəkmiş şəxs ilə Şəxs arasında sözlə mübahisə yarandı, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxsı oğlunu uca səslə nalayiq küçə söyüşləri ilə söyüb təhqir etdi. Onlar Şəxs sakitləşdirərək oradan uzaqlaşdırmışdılar. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirmişdir ki, hal-hazırda Ağsu şəhəri, SSİ-də kadrlar üzrə inspektor vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə təxminən 11:00 radələrində o və digər iş yoldaşları olan X7, katibə X8, Şəxs ilə birlikdə idarənin rəisi Səfər Məmmədovun xidməti otağında olarkən Zərərçəkmiş şəxs ilə Şəxs arasında sözlə mübahisə yarandı, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxsı oğlunu uca səslə nalayiq küçə söyüşləri ilə söyüb təhqir etdi. Onlar Şəxs sakitləşdirərək oradan uzaqlaşdırmışdılar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* nömrəli xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə tarixdə Ağsu şəhəri, SSİ-nin inzibati binasında Zərərçəkmiş şəxs Ənvər oğlunu təhqir edərək ictiami əsayişi pozmuşdur və İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü tarixdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol vermişdir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özünün izahatından başqa, inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-nin: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş izrə icraat aparılan şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərər çəkmiş şəxslə barışmasını, himayəsində azyaşlı uşaq olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar