Məhkəmə qərarları › İş №3(016)-395/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-395/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-395/2024 26.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ağsu rayonu, Xəlilli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağsu rayonu, Xəlilli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qala qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu Rayon Məhkəməsinin 2(016)-770/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan bir uşağın saxlanılması üçün hər ay 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsinə dair icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahatında göstərdi ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-770/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan 1 uşağın saxlanılması üçün hər ay 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsinə dair icra sənədi icraata daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyətı təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, lakin gəlməkdən boyun qaçırmışdır. Borclunun hal-hazırda 3800 manat ödənilməyən borcu vardır və həmin borcdan ödəniş etməmişdir. Göründüyü kimi, borclu qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə qərarı ilə üzərinə düşən öhdəliyi və bununla bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbədən, barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, Ağsu Rayon Məhkəməsinin (016)-770/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan bir uşağın saxlanılması üçün hər ay 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödəməlidir. Halhazırda işləmədiyi üçün heç bir ödəniş edə bilmir. Lakin məhkəmə qətnaməsini icra etməkdən yayınmır. Vaxt istəmiş, lakin bu müddətdə də məhkmə qətnaməsini icra edə bilməmişdir. Qısa müddət ərzində bütün borcu ödəyəcəkdir. Barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı borclu qətnamənin icrası üçün qısa vaxt istəmiş və bu səbəbdən məhkəmə iclası təxirə salınmış, bundan sonra məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə məhkəmə iclasına gəlməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində Şəxs barəsində axtarış elan edilmiş və olduğu yer müəyyən edilərək dərhal Ağsu Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs tutularaq Ağsu Rayon Məhkəməsinə təhvil verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatları, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol, həmçinin iş materialları ilə müəyyən olunur ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Normanın tələbinə əsasən, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, ziyanın aradan qaldırılması üçün tədbir görməməsini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 26 avqust 2024-cü il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar