Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-4/2024 16.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 493-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ünvan 1ində qeydiyyatda olan Şəxs MMC-nin İXM-in 493-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. “İpək Yolu” gömrük postunun rəisi, ömrük xidməti polkovniki Kamran Əliyev tərəfindən yazılmış raportdan görünür ki, idxalatçı Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından 99MB490/99ZE890 nömrəli avtomaşında (barkod: **********12495, QİB: **********5395) daxil olan yükün çatması VAİS proqramında xx.xx.2023-cü il tarixdə təsdiq olunmuşdur. İdxal olunan yüklərə dair gömrük bəyannaməsi GM-nin 149.3-cü maddəsinə əsasən 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyannaməsi hələ də təqdim edilməmiş, avtomaşın hazırda yüklü vəziyyətdə “İpək Yolu” gömrük postunda yerləşir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 23 noyabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” Protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postundan daxil olmuş 3-33-/3-1- 031744/2023 saylı, xx.xx.2023-cü il tarixli raporta əsasən, AZ 0626 ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından 99MB490/99ZE890 nömrəli avtomaşında (barkod: **********12495, QİB: **********5395) daxil olan yükün çatması VAİS proqramında xx.xx.2023-cü il tarixdə təsdiq olunmuş, idxal olunan yüklərə dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən 15 gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyannaməsi hələ də təqdim edilməmiş, avtomaşın hazırda yüklü vəziyyətdə “İpək Yolu” gömrük postunda yerləşir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisi gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Bununla da, Şəxs MMC (VÖEN:**********) tərəfindən idxal edilmiş mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmişdir. Beləliklə də, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından 99MB490/99ZE890 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara dair gömrük orqanına verilməli olan gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməmiş və bununla da, Şəxs MMC (VÖEN:**********) tərəfindən gömrük bəyannaməsinin təqdim edilməsi müddəti pozulmuşdur. İXM-in: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 493-cü maddəsinə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 99MB490/99ZE890 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara dair gömrük orqanına verilməli olan gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməmiş və bununla da Şəxs MMC (VÖEN:**********) tərəfindən gömrük bəyannaməsinin təqdim edilməsi müddəti pozulmuşdur. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXMin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İXM-in 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-4/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-4/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver