Məhkəmə qərarları › İş №3(016)-4/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-4/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-4/2025 24.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 430.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olan Şəxs MMC-nin İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Nümayəndə2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, onlar Çin Respublikasında fəaliyyət göstərən “TTCA” şirkətindən müqavilə əsasında 25.000 kq limon duzu almışlar. Şirkət məhsulu nəqliyyat vasitəsinə yükləyərək tam şəkildə göndərmişdir. Lakin gəmi Türkiyə sərhədlərinə çatanda qəza olmuş, gəmiyə su dolmuş və məhsullar islanaraq yararsız hala düşmüşdür. Daşıyıcı şirkət ziyanla bağlı heç bir ödəniş etməmişdir. Çünki daşıyıcı şirəktlə bağlanan müqavilədə qəza nəticəsində yükə ziyan dəyərsə daşıyıcı şirkət ziyanı ödəmir. Burada daşıyıcı şirkətin heç bir günahı yoxdur. Onun üçün də daşıyıcı şirkətə qarşı heç bir iddia qaldırmamışıq. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, TTCA 22-2091 nömrəli müqavilədən görünür ki, Şəxs MMC ilə TTCA CO., LTD arasında fakturada göstərilən avadanlıqların və materiallarına alqısatqısına dair müqavilə bağlayırlar. - xx.xx.2021-ci il tarixli, AZGLLG-0221 nömrəli müqavilədən görünür ki, direktor İlham Hacıyev tərəfindən təmsil olunan "xxxx" MMC ilə şaiq Mirzəyev tərəfindən təmsil olunan Şəxs MMC arasında müqavilə imzalanmışdır. Müqavilənin predmetini ekpeditor müqavilədə göstərilən xidmətləri sifarişçinin hesabına yerinə yetirməyi və ya icrasını təşkil etməyi, sifarişçi isə bu xidmətləri almağı və onların haqqını eksoeditora ödəməyi öhdəsinə götürür. - xx.xx.2023-cü il tarixli, TTCA 23-1316 nömrəli müqavilədən görünür ki, Şəxs MMC ilə TTCA CO., LTD arasında fakturada göstərilən avadanlıqların və materiallarına alqısatqısına dair müqavilə bağlayırlar. - B/L SZX221152718 nömrəli qəbzdən görünür ki, çəkisi 25200 kq olan Citric asid monohydrate (limon turşusu) CMAU ******* nömrəli konteynerə yüklənmişdir. - xx.xx.2023-cü il tarixli “Tullantıların qəbulu və atılması hesabatı”ndan görünür ki, konteyner nömrəsi CMAU 0285994, çəkisi 25180 kq olan Citric asid monohydrate (limon turşusu) utilizasiya edilmişdir. - CMAU ******* nömrəli konteynerin və orada saxlanılan yükün vəziyyəti barədə “Vitsan” Mümessillik ve Müşavirlik A.Ş tərəfindən verilmiş arayışdan görünür ki, konteynerin dibindən dəniz suyu sızdığı və və fanerin yaş olduğu müəyyən edilib. Alt hissədə yük (torbalarda limon turşusu) yaş tapılıb. Yük qismən konteynerin içərisinə köçürülüb, lakin yaş zədələnmiş yükün miqyası yükün boşaldılması əməliyyatından sonra müəyyən edilib. Göründüyü kimi, konteynerdə heç bir fiziki zədə aşkar edilməyib. - "xxxx" MMC-ni təmsil edən İlham Hacıyev tərəfindən göndərilən məktubla Şəxs MMC-yə bildirilmişdir ki, 2 aydan sonra konteynerinizi Potiyə gələn gəmiyə yükləyib yola saldıqdan 3 gün sonra məlum olmuşdur ki, gəmi qəza törədib və dənizin ortasında quma ilişib. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş 12 dekabr 2024cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs MMC 18.750 ABŞ dolları məbləğində vəsaiti 17 noyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18.750 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. - xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş məktubda bildirilmişdir ki, Şəxs MMC qabaqcadan ödəniş aparıldığı gündən iki il müddətində 18.750 ABŞ dolları məbləğində malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmişdir. - xx.xx.2024-cü il tarixli telefonoqramdan görünür ki, Nümayəndə1 ***-***-**-** saylı əlaqə nömrəsinə zəng edərək "xxxx" ASC tərəfindən göndərilmiş sənədlərə əsasən Şəxs MMC tərəfindən 17 noyabr 2022-ci il tarixdə xaricə köçürülmüş 18.750 ABŞ dolları məbləğində müvafiq malların (xidmətlərin) 2 il ərzində ölkəyə idxal edilməsi ilə bağlı hər hansı təsdiqedici sənədlərin təqdim edilmədiyi bildirmiş, bununla bağlı müvafiq sənədlərin dərhal Mərkəzi Banka təqdim edilməsi təklif olunmuş, əks halda İXM-in 430.4-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyəti məhkəməyə göndəriləcəyi bildirilmişdir. Mətni qəbul edən şəxs köçürmə barədə məlumatı olduğunu bildirmiş, malların ölkəyə gətirilən zaman yolda yararsız hala düşdüyündən, idxal olunmayacağına dair məlumat vermişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 12 dekabr 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokolda Şəxs MMC-nin 18.750 ABŞ dolları məbləğində olan vəsaitin Bank hesabından 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülməsi, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət ötsə də 18.750 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etmədiyi, qabaqcadan ödənilmiş valyutanın xaricdən geri qaytarılmadığı qeyd edilmişdir. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-nin 17 noyabr 2022-ci ildə Azərbaycan Respublikasından kənara köçürdüyü 18.750 ABŞ dolları avans müqabilində çəkisi 25200 kq olan Citric asid monohydrate (limon turşusu) CMAU ******* nömrəli konteynerə yüklənmiş və daşıyıcı şirkət "xxxx" MMC vasitəsilə ölkəyə göndərilmişdir. Lakin yükü daşıyan gəmi qəza etmiş, nəticəsində yük yararsız hala düşərək ölkəyə gətirilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Şəxs MMC daşıyıcı şirkət "xxxx" MMC-yə qarşı iddia qaldırmayaraq ona dəymiş ziyanı tələb etməmişdir. Belə ki, Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 3.6-cı bəndindən görünür ki, nəqliyyat vasitəsinin xarab olması, qəzaya uğraması və bu yazılı şəkildə təsdiqlənməsi, həmçinin sürücünün gözlənilmədən xəstələnməsi hallarında nəqliyyat vasitəsinin və ya sürücünün dəyişdirilməsi üçün lazım olan müvəqqəti gecikməyə görə ekspeditor məsuliyyət daşımır. Göründüyü kimi, 18.750 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmamasında Şəxs MMC-nin hər hansı bir təqsiri olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş “İnzibati xəta haqqında” protokolun əsaslı olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır. İXM-in: 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.1, 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İXM-in 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar