Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-40/2023 08.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə xx.xx.1979-cu il tarixdə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Ağsu şəhəri, M.A.Əliyev küçəsi ev 7-də qeydiyyatda olan və yaşayan, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağsu rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2022-ci il tarixdə, 08:16-da «Ramstore» t/m-da sahibliyində olan “KHAZAR” minik markalı, “**-AO-***” dövlət qeydiyyat nişanlı avtomobillə yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-nın 327.1-ci və 327.6-cı maddəsinə əsasən barəsində cərimə tətbiq edilmiş və yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli EQ seriyali, 10134313 saylı qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 08:16-da «Ramstore» t/m-da sahibliyində olan “KHAZAR” minik markalı, “**-AO-***” dövlət qeydiyyat nişanlı avtomobillə yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-in 327.1-ci maddəsinə əsasən X2 barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. - İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP seriyalı, ******* saylı protokoldan göründüyü kimi, X2 xx.xx.2022-ci il tarixdə, 08:16-da «Ramstore» t/m-da sahibliyində olan “KHAZAR” minik markalı, “**-AO-***” dövlət qeydiyyat nişanlı avtomobillə yol nişanlarının tələblərinə riayət edilməməsinə görə İXM-in 327.1-ci maddəsinə əsasən barəsində cərimə tətbiq edilmiş və yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə EQ seriyali, 10134313 saylı protokol üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununlada İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - 28719 nömrəli Mədaxil qəbzindən görünür ki, EQ seriyali, 10134313 saylı protokol üzrə 64 manat ödəniş edilmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, X1 İXM-in 529.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 məhkəmə qərar qəbul edənədək inzibati tənbeh tətbiq etmə haqqında qərar ilə təyin edilmiş cəriməni və tətbiq edilmiş dəbbə pulunu tam olaraq ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu məcəllənin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında tam sübuta yetirilmişdir. Lakin o, məhkəmə qərar qəbul edənədək inzibati tənbeh tətbiq etmə haqqında qərar ilə təyin edilmiş cəriməni və tətbiq edilmiş dəbbə pulunu tam olaraq ödədiyindən İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(016)-40/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-40/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver