Məhkəmə qərarları › İş №3(016)-40/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-40/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-40/2024 05.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ağsu Rayon Polis Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 2023-cü ilin yay aylarında işləmək üçün Ağsu şəhərinə gəlmişdir. Həmin zaman Ağsu şəhərində qalmağa yeri olmadığından müvəqqəti olaraq ünvan 1 ünvanında yaşayan qohumu Zərərçəkmiş şəxs və ailəsinin yaşadığı evdə qonaq kimi qalmışdır. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs ona bir neçə dəfə evdən çıxmasını bildirmiş, o isə kirayə ev tapan kimi çıxacağını bildirmişdir. 17 yanvar 2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs evə sərxoş vəziyyətdə gəlmiş, ona evindən çıxmasını bildirmiş, o Zərərçəkmiş şəxs sərxoş olduğunu bildiyi üçün heç bir mübahisəyə yol verməmiş, evdən çıxacağını demişdir. Bu zaman Zərərçəkmiş şəxs onun uzandığı yatağına yaxınlaşmış, bir daha evdən çıxmağını bildirmiş, onu söyməyə başlamışdır. Zərərçəkmiş şəxs onun üstünə gəlmiş, o, sədaqətin onu vuracağından qorxmuş, yatağından qalxmış, ona içkili olmasını, gecəni də evində qalmasını istəməsini bildirmişdir. Lakin Sədaqət onun üstünə qışqırmış, paltarlarını yığıb evdən çıxmasını bir daha bildirmişdir. Sonra Sədaqət onun yaxasından yapışmış, onu dartıb evdən çıxarmağa çalışmış, o Sədaqətin hərəkətlərinə dözməyib onun sifət nahiyəsinə başı ilə vuraraq döymüşdür. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs onun qohumudur. 2023-cü ilin yay aylarında onun evinə qonaq gəlmiş, sonradan Şəxs Ağsu şəhərində işləyərək onun evində yaşamağa başlamışdır. Yaşadığı ev kiçik olduğudan o, Şəxs yaşadığı evdən çıxmasını, valideynlərinin yaşadığı evə getməsini bildirmişdir. Lakin o, gedəcəyini bir neçə dəfə demiş, getmədiyi üçün xx.xx.2024-cü il tarixdə yenidən ona evdən çıxmasını bildirmiş, Şəxs isə onun evindən çıxmayacağını onun evində yaşayacağını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, o, Şəxs yaxasından yapışmış, Şəxs onun sifət nahiyəsindən vurmuşdur. Hal-hazırda Şəxs ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarına əlavə edilən “İnzibati xəta haqqında” 05 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən MTE və PA X4 Şəxsinin xx.xx.2024-cü il tarixli, 14 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: - üzün sağ yanaq, sol qaşüstü və sol qaşın bayır bucağı nahiyələrində dərialtı qansızmalar küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialına əlavə edilən Ağsu Rayon Polis X2 xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplamış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1 və 53.1.9-cu maddələrinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ilə Şəxs barışdıqlarından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 39.2, 53.0.10 və 105.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar