Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-410/2023 25.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Mən, hakim Əsgərov Anar Əlifağa oğlu, X1 Azərbaycan Respublikası Mərkəzi Bankının 07 iyun 2023-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsinə dair şikayətini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının 07 iyun 2023-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X1 “İnzibati tənbeh vermə haqqında” qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığından və müddətin bərpası üçün vəsatət vermədiyindən, şikayətin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının 07 iyun 2023-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, həmin qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. İş materiallarından görünür ki, X2 Azərbaycan Respublikası Mərkəzi Bankının 07 iyun 2023-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarını xx.xx.2023-cü il tarixdə qəbul etmiş, həmin qərardan şikayət ərizəsi isə xx.xx.2023-cü il tarixdə, qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra poçt rabitəsi vasitəsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Mərkəzi Bankının 07 iyun 2023-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayətin icraata qəbulundan imtina olunmalı və geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası Mərkəzi Bankının 07 iyun 2023-cü il tarixli, EP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayətin icraata qəbulundan imtina olunsun, şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-410/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-410/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver