Məhkəmə qərarları › İş №3(016)-411/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-411/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-411/2023 07.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Mən, Ağsu Rayon Məhkəməsinin hakimi Əsgərov Anar Əlifağa oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, müəyyən edilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvəzinə, X1 göstərilmiş, buna görə də, iş aidiyyəti üzrə baxılması üçün S.Cəfərovun qeydiyyatda olduğu yer üzrə Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Lakin iş materiallarından görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol X1 barəsində yox, Şəxs barəsindədir və o, ünvan 1 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İXM-in 529-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların (inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi) törədildiyi yer barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşayış yeri hesab edildiyindən, hazırkı inzibati xəta haqqında protokol da aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. İXM-in 106.0 və 106.0.1-ci maddələrinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. İXM-in 109.1 və 109.1.7-ci maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə və İXM-in 106, 109 və 110-cu maddələrinə əsasən, QƏRARA ALDİM: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar