Məhkəmə qərarları › İş №3(016)-416/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-416/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-416/2023 25.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Mən, Ağsu Rayon Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1 və 528.3-cü maddələri ilə olan inzibati xəta haqqında materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ağsu rayon İcra və Probasiya şöbəsində Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 528.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollardan görünür ki, onlar bir nəfər şəxsin - Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1 və 528.3-cü maddələri ilə tərtib olunaraq, baxılması üçün 25 oktyabr 2023-cü il tarixdə Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq, hesab edirəm ki, Şəxs müxtəlif vaxtlarda törətdiyi inzibati xətalarla bağlı onun barəsində 25 oktyabr 2023-cü il tarixdə tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 34.2, 114, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 528.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(016)-415/2023 nömrəli və 3(016)-416/2023 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(016)- 415/2023 nömrəsi saxlanılsın. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar