Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-42/2025 12.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Ağsu rayonu, Qaraməmmədli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağsu rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510, 535.1 və 206-cı maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuş, Ağsu rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə olan “marixuana” əldə etməklə istehlak etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə dostları Ağsu şəhəri 20 yanvar küçəsində yaşayan X6 və X3 ilə telefon əlaqəsi saxlayıb Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində olan çayxanaya birlikdə getməkləri barədə razılığa gəlmişlər. Daha sonra Ağsu şəhər, Ü.Hacıbəyov küçəsində birlikdə hərəkət edən zaman, Ağsu rayon Polis Şöbəsinin polis əməkdaşları onlara yaxınlaşıb, narkotik maddələrin istifadəsində və gəzdirilməsində şübhəli olduqlarını bildirmişlər. Onlar polis əməkdaşlarına qərəzli şəkildə və yüksək səslə bildirmişdirlər ki, “biz narkotik maddə istifadə etmirik”. Polis əməkdaşları onlara ictimai asayişi pozmadan nizam intizamla sakit səslə danışmaqlarını bildirsələr də onlar polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq əsəbləşərək onları buraxmalarını bildirmiş, polis əməkdaşlarının yenidən onların sakitləşməyini bildirdikdə onlar uca səslə nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı davamlı olaraq pozmağa davam etmişlər. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadıqlarına görə barələrində qanuni tədbir görülməsi üçün onları rayon Polis Şöbəsinə dəvət edərək Polis Şöbəsinə gətirmişdilər. Əməlindən peşmandır, bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, DİO-da 2021-ci ildən işləyir. xx.xx.2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında CABnin əməkdaşları ilə birlikdə Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində hərəkətdə olan X6, Şəxs və X1 yaxınlaşmış, özlərini təqdim etmişlər. Həmin anda adıçəkilən şəxslərə özlərini təqdim etməklərini bildirdikdə vətəndaşlar onlara ucadan səs-küy salaraq nalayiq küçə söyüşləri ifadə edərək, hətta onlara qarşı müqavimət göstərərək ictimai qaydanı, ictimai asayişi və polisin qanuni tələblərinə qərəzli şəkildə tabe olmayaraq onlarla mübahisə etməyə davam etmişlər. Daha sonra onlar həmin şəxsləri Ağsu RPŞ-nə gətirərək NH-ya təhvil vermiş, həmin şəxslər hətta Ağsu RPŞ-nin NH-nin iş fəaliyyətini pozaraq tabesizlik etməyə davam etmişLər. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510, 535.1 və 206-cı maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan və məhkəm iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 12 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 12 fevral 2025-ci il tarixdə ictimai asayişi pozaraq polisin qanuni tələblərinə məhəl qoymamışdır. - “İnzibati xəta haqqında” 12 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 12 fevral 2025-ci il tarixdə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. - xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:05-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozmasını, ünvansız küçə söyüşləri söyməsini, polis əməkdaşlarının qanuni tələblərini pozmasını və eyni zamanda narkotik vasitə olan marixuanadan istifadə etdiyini özünün etirafı, “İnzibati xəta haqqında” protokollar və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510, 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 10 fevral 2025-ci il tarixdən, saat 22:05-dən hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-42/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-42/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver