Məhkəmə qərarları › İş №3(016)-427/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-427/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-427/2024 26.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə İXM-in 61.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - EQ 19332422 nömrəli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:58-də idarə etdiyi “Kazar” minik markalı, “**-PN-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanlarının tələblərinə riayət edilməməsinə görə, İXM-in 327.1-ci maddəsinə əsasən barəsində xx.xx.2024-cü il tarixli qərarla cərimə tətbiq edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 3(074)-275/2024 saylı qərarından görünür ki, Şəxs şikayəti qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli, EQ 19332422 nömrəli qərar ləğv edilmiş, işin yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Kazar” minik markalı, “**-PN-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanlarının tələblərinə riayət edilməməsinə görə, İXM-in 327.1-ci maddəsinə əsasən barəsində xx.xx.2024-cü il tarixli qərarla cərimə tətbiq edilmiş, həmin qərardan Şəxs şikayə Ağsu Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, qərarı ilə qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli qərar ləğv edilmiş, iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə göndərilmiş, lakin yenidən baxılmanın nəticəsi barədə hər hansı bir qərar qəbul edilməmişdir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Şəxs İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) geri qaytarılsın. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar