Məhkəmə qərarları › İş №3(016)-444/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-444/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-444/2024 04.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Şamaxı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləyən, Şamaxı şəhəri, Mədrəsə qəsəbəsi, İmadəddin Nəsimi küçəsi, ev 14-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində “Vaz 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, 18 iyun 2024-cü il tarixdə Bakı-Şamaxı- Yevlax yolunun 149-cu km-da X10 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq idarə etdiyi “Vaz 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarəetməni itirərək yoldan çıxmaqla yol çiynində yerləşən işıq dirəyi ilə toqquşaraq idarə etdiyi “Vaz 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sərnşin oturacağında əyləşmiş X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən, barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, o, tanışı X8 məxsus “Vaz 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində idarə etdiyi “VAZ 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu dolayları ilə Ağsu şəhərindən Şamaxı rayonu istiqamətində hərəkət edirmiş. Bu vaxt avtomobildə tanışı X3 qabaq sərnişin oturacağına əyləşmişdir. Bu vaxt o, Ağsu dolaylarında yerləşən “Çənlibel” adlanan restoranı keçmiş və Bakı-Şamaxı-Yevlax yolunun 149-cu kilometrliyi ilə hərəkət etməyə başlamışdır. Bu vaxt o, avtomobili təxminən 25km/saat sürətlə hərəkət etdirirmiş. O, hərəkətdə olarkən yoxuş ilə hərəkət edərək sağ tərəfə dönmüş və bu vaxt avtomobilin salonunda, sürətlər qutusunun yanında olan su qabı yerə aşmışdır. O, aşağıya əyilərək həmin su qabını götürən zaman diqqəti yoldan tamamilə ayrılmışdır. Bundan sonra avtomobili yoldan çıxaraq yolun kənarında olan işıq dirəyi ilə toqquşmuşdur. Bu vaxt Ruslanın başı avtomobilin qabaq şüşəsinə dəyərək xəsarət almışdır. Hadisə zamanı o, ayıq vəziyyətdə olmuşdur. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 327.8-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materialına əlavə edilən Ağsu Rayon Polis X5 xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin DYPB-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində “Vaz 2101” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi, özünün etirafı, məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar