Məhkəmə qərarları › İş №3(016)-448/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-448/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-448/2023 28.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, 22.021985-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağsu şəhəri 20 yanvar küç ev 12-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 2(016)-1957/2022 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs hər ay iki uşağın saxlanması üçün 320 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclunun tələbkara borcu bu günə 16859 manatdır. Şəxs borcun ödənilməsinə dair icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-1957/2022 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs hər ay iki uşağın saxlanması üçün 320 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş, bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyətı təşkilatlara sorğu ilə müraciət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir.Borclu dəfələrlə şöbəyə çağırılmış, lakin gəlməkdən boyun qaçırmışdır. Göründüyü kimi borclu qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə qərarı ilə üzərinə düşən öhdəliyi və bununla bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Hal-hazırda 16859 manat borcu yaranmışdır. Bu səbəbdən barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərmişdir ki, maddi vəziyyəti zəif olduğu üçün ödəniş edə bilməmişdir, 2ci qrup əlildir, pensiyasının 50 faizi tələbkarın hesabına köçür. Hazırda pensiya kartını tələbkara verməyə hazırdır. Göstərilənlərin nəzərə alınmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, borclu alimenti ödəmir, o, özüdə xəstədir, uşaqlara baxmaqda çətinlik çəkir. Borclunun aylıq verdiyi pul onu qane etmir. Yığılmış borcu tələb edir. Bu səbəbdən borclu barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatları, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Normanın tələbinə əsasən, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXMnin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs 2-ci qrup əlildir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-nin 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, ziyanın aradan qaldırılması üçün tədbir görməməsini, habelə əmlak vəziyyətini, 2-ci qrup əlil olmağını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar