Məhkəmə qərarları › İş №3(016)-449/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-449/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-449/2023 29.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun barəsində etdiyi müraciətdə göstərilən xüsusatlar şər və böhtandır. O, xx.xx.2023-cü il tarixdə təxminən axşam saat 21 radələrində işdən evə gəlmiş, azyaşlı övladları ona demişdir ki, qonşuları olan Zərərçəkmiş şəxs onun dəmir hasarının üzərində yazılmış sözlərə görə onun azyaşlı uşaqlarını günahkar bilərək söyüb təhqir etmişdir. O, bundan əsəbləşərək oğlu Təbrizlə birgə Qüdsiyənin yaşadığı ünvana getmiş, qapıdan onu çağırmış, Qüdsiyə ona cavab verməmiş, bir qədər sonra çağırışına Qüdsiyənin gəlini Aygün çölə çıxmış, o, Aygündən, Qüdsiyənin harada olmasını soruşduqda, Qüdsiyə qonşuluqda yaşayan Xalidgildən çıxaraq gəlmişdir. O, Qüdsiyədən uşaqlarını niyə təhqir etməsini soruşmuş, Qüdsiyə heç bir səbəb göstərmədən onunla mübahisəyə başlamış, sonra onu nalayiq ifadələrlə təhqir etmiş, Qüdsiyənin təhqirlərinə görə ona iradlarını bildirmiş, ona qışqırmış, onu söyməmiş və təhqir etməmişdir. Yaranmış mübahisə sözlə baş vermişdir. Mübahisə əsnasında Zərərçəkmiş şəxs vurmamış və heç bir xəsarət yetirməmişdir. X6 də həmin zaman yanında olmuşdur. Onun Qüdsiyəni döymədiyini və onu təhqir etmədiyini, yaranmış mübahisəni görən qonşu Xalid onlara yaxınlaşaraq iradını bildirmiş, onları intizama dəvət etdikdən sonra evə getmişlər. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, xx.xx.2023cü il tarixdə axşam saatlarında təxminən saat 21 radələrində yaşadığı ünvanda həyətində olarkən əsəbləşmiş, öz-özünə danışıb söyüş söymüş, bundan bir neçə dəqiqə keçmiş, küçədə, qonşusu Pərviz və onun oğlu Təbrizin söyüş söydüklərini onun qapısına tərəf gəldiklərini eşitmiş, bu vaxt Pərviz həyət qapısını açaraq uca səslə səs-küy salmaqla içəri daxil olmuş, onu təhqir etməyə başlamış, onun ardınca isə Pərvizin oğlu Təbriz də gəlmiş, onu təhqir etmişdir. O, uşaqlardan niyə söyüş söydüklərini soruşmuş, Pərviz isə demişdir ki, “sən mənim az yaşlı övladımı təhqir etmisən.” O, qonşusu Şəxs bildirmişdir ki, onun uşaqlarının heç birini təhqir etməmişdir, evdə ailə uşaq var burda mübahisə edib söyüş söyməsin, çölə çıxsın. Lakin Şəxs mübahisəni dayandırmamış, onu nalayiq ifadələrlə təhqir etməyə davam etmiş, gəlini olan Aygün Mirzəyeva da həyətə çıxaraq Pərviz və Təbrizə iradını bildirib söyüş söyməmələrini xahiş etmiş, lakin onlar mübahisəni bitirmədiyindən o, Pərviz və onun oğlu Təbrizi həyətindən küçəyə çıxartmış, onunla mübahisəni küçədə davam etdirən Şəxs, onu söydüyü üçün o, da onu söymüş, bu zaman Pərviz onun üstünə gəlmiş, təpiklə sağ ayaq nahiyyəsinə bir dəfə vurmuş, mübahisəni eşidən qonşu Xalid səs-küyə küçəyə çıxmışdır. Xalid, Şəxs yaxınlaşaraq ona iradını bildirmiş, məhəllədə belə mübahisəyə yol verməməsini və söyüş söyməməsini demişdir. Xalidin, Pərvizə tutduğu iraddan sonra Şəxs oğlu Təbrizlə çıxıb getmiş, o, Şəxs hərəkətlərinə görə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şəxslə aralarında olan mübahisə zamanı Pərviz onun sağ ayaq nahiyyəsinə bir dəfə təpiklə vurmuş, Təbriz Hacağayev isə onu vurmamış, lakin söymüşdür. Bu səbədən, Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 217 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağbudun aşağı 1/3-nin iç arxa səthini əhatə edən qançır, küt bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin olunmur. İş materialına əlavə edilən Ağsu rayon X4 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, X2, Şəxs və Zərərçəkmiş şəxs barələrində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmiş, həmin şəxslər arasındakı profilaktiki söhbətlərin artırılması və nəzarətin gücləndirilməsi məqsədilə “münaqişəli ailələr” kimi qeydiyyata götürülməsi üçün Ağsu RPŞ-nin İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon X4 Qrupunun qərarı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar