Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-453/2023 01.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ağsu Rayon Polis Şöbəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Kamil oğlunun, Zərərçəkmiş şəxslər X14 və X9 iştirakları ilə, xx.xx.1971-ci Ağsu rayonu, Rəhimağalı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağsu rayonu, Rəhimağalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Kamil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Kamil oğlu xx.xx.2023-cü il tarixdə X14 və X11 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Kamil oğlu məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Ağsu rayonu, Rəhimağalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı kənddə yerləşən evinin həyətində təssərrüfatla məşğul olaraq dolanışığını təmin edir. Barəsində rayon Polis şöbəsinə şikayət edən şəxslər qonşuları X14, X15 və X12r. Təxminən 10 ildir ki, o, həmin şəxslərlə qonşudur. Əvvəllər münasibətləri normal olmamışdır, aralarında bir neçə dəfə sözlü mübahisə olmuşdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında bütün günü həyətdə əkinlə məşğul olduğundan yorğun şəkildə evinə gəlmişdir. Evə gəldikdən sonra çörəyini yeyib çay içib sonra yatmışdır. Bir müddət keçdikdən sonra gəlini onu oyatmışdır ki, həyətdə səs-küy var. O, paltarlarını geyinib cəld həyətə düşmüşdür. Həyətə düşdükdən sonra görmüşdür ki, qonşuları Baxşı Baxşıyev, Şamil Baxşıyev və Cəmil Baxşıyev onun övladları Şamil Rəsulov və Səbuhi Rəsulov ilə dava-dalaş edirlər. O, mübahisəni sakitləşdirmək və onları ayırmaq üçün yaxınlaşmışdır. Bu zaman Baxşıyev Baxşı əlində olan bel ilə onun sol əlinin bilək nahiyəsindən zərbə vuraraq ona xəsarət yetirmişdir. Sonra isə böyük oğlu Səbuhi, Baxşının əlindən beli alıb Baxşının özünü vurmağa başlamışdır. Bu zaman Şamil yumruqla onun baş və boyun nahiyələrindən vurmuşdur. O da Şamillə əlbəyaxa olub onu yerə yıxmışdır. Lakin Şamili vurmamışdır. Sonra onları birtəhər özündən uzaqlaşdırmışdır. Həmin vaxt X14, X15 və X16 isə uca səslə nalayiq ifadələrlə onların ailə üzvlərinin hamısını söyüb təhqir etməyə, qışqırmağa davam etmişlər. Sonra oğlu Səbuhi, balaca oğlu Şamil və o, öz evinə qayıtmışdır. Mübahisə zamanı o, heç kimi döyməmiş, heç bir xəsarət yetirməmişdir. Sadəcə Şamillə əlbəyaxa olub, Şamili yerə yıxmışdır. Sonradan ona məlum olmuşdur ki, X14 DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə və rayon polis şöbəsinə şikayət etmişdir. Hal-hazırda X14 və X16 ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X14 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Ağsu rayonu, Rəhimağalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı kənddə yerləşən evinin həyətində təssərrüfatla məşğul olaraq dolanışığını təmin edir. Barəsində rayon Polis şöbəsinə şikayət etdiyi şəxslər qonşuları Şəxs Kamil oğlu, onun böyük oğlu X10, balaca oğlu X7r. xx.xx.2023-cü il tarixdə o, kənddə yaşayan qardaşı Baxşıyev Cəmilin evinə qonaq getmişdir. Qardaşının evində olarkən qardaşı Baxşıyev Cəmil ilə yemək yeyərkən bir qədər alkoqollu içki olan pivə içmişdir. Bundan sonra o, qardaşı Cəmili çay içib söhbət eləmək üçün öz evlərinə dəvət etmişdir. O, qardaşı ilə birlikdə Ağsu rayonu, Rəhimağalı kəndində yerləşən özünə məxsus evin həyətinə gəlmişdir. Həyətdə oturub çay içib söhbət edirlərmiş. Bu zaman ona ən yaxın çəpər qonşusu Şəxs həyətindən səs gəlmişdir. Cavanşirin oğlu Səbuhi onlara yavaş danışın, nalayiq ifadələrlə söhbət etməyin deyərək qışqırmışdır. O, bu zaman həyətin qabağında dayanmışdır. Qardaşı Cəmil onun mobil telefonuna zəng gəldiyini bildirmişdir. Mobil telefona gələn zəngə cavab verdikdə zəng edən şəxsin qonşusu Səbuhi olmasını müəyyən etmişdir. X4 qışqıraraq ona “həyətdə sakit səslə danışın, səs-küy salmayın” deyərək mobil telefonu söndürmüşdür. O isə Səbuhinin bu zənginə heç bir reaksiya vermədən yenidən öz həyətinə qardaşıgilin yanına qayıtmışdır. Bundan sonra qonşusu Cavanşirin iki oğlu yəni Səbuhi və Şamil həyətin sərhədində olan çəpərdən qışqıraraq onlara “bura gəlin” demişlər. Lakin o, fikir verməyərək həyətin digər tərəfində olan ayaqyoluna getmişdir. Səbuhi və Şamilin bu çağırışından sonra oğlu Baxşıyev Baxşı ona xəbər etmədən çəpərin yanına getmişdir. Baxşı ora getdikdən sonra qonşu Cavanşir və oğulları Səbuhi ilə Şamil, Baxşının üstünə hücum etməyə başlayıblar. Həmin şəxslər əllərində olan bel və balta ilə oğlu Baxşıya zərbələr vuraraq onu döymüşdürlər. Daha sonra qardaşı Cəmil yenə onun xəbəri olmadan mübahisəni sakitləşdirmək və onları ayırmaq məqsədilə qeyd olunan yerə getmişdir. Qardaşı Cəmil gedib çatan kimi həmin şəxslər ona da zərbə vuraraq xəsarət yetirmişdir. O, ayaqyolundan çıxdıqdan sonra ucadan qışqırıq və səs-küy gəlməsini eşitmişdir. Yaranmış səs-küyə görə nə məsələ olduğunu aydınlaşdırmaq üçün o da qeyd etdiyi yerə yəni, həyətin sərhədində olan çəpərin yanına getmişdir. Bu zaman Səbuhi əlində olan bel ilə onun ayağına zərbə vuraraq ona xəsarət yetirmişdir. Daha sonra isə o, Cavanşirlə əlbəyaxa olmuşdur və Cavanşir onu yerə yıxmışdır. O, həmin vaxtı xəsarət almışdır. Sonra isə birtəhər onları özündən aralaşdırmışdır. Bütün bu baş verənlərdən sonra köməklik göstərilməsi üçün qızı Əsman Qurbanova DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. X14 ifadəsini davam etdirərək göstərmişdir ki, Şəxs Kamil oğlu və böyük oğlu X10, həmçinin balaca oğlu X5 münasibətləri əvvəllər normal olmuşdur, lakin son vaxtlar bir neçə dəfə aralarında sözlü mübahisələri olmuşdur, buna baxmayaraq aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır, onu yalnız Səbuhi əlində olan bel ilə ayaq nahiyəsinə vurmuşdur. Şamil isə onu vurmamışdır. Lakin mübahisə zamanı Cavanşirlə əlbəyaxa olmuş və Cavanşir onu yerə yıxaraq xəsarət yetirmişdir. Mübahisə 5- 10 dəqiqə davam etmişdir. Mübahisə zamanı kənar şəxslər olmamışdır. Səs-küyə sonradan Cavanşirin qardaşları oraya gəlmişdir. Səbuhi onu ayaq nahiyəsindən bel ilə vurmuşdur. Lakin ola bilsin ki, xəsarət az olduğundan ekspertiza rəyində heç bir xəsarət göstərilməmişdir. Hal-hazırda Şəxs Kamil oğlu ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X16 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Ağsu rayonu, Rəhimağalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda 4 ildir ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi FHN-nin Şamaxı rayonunda yerləşən Mülki Müdafiə qoşunları Xilasetmə briqadasının xilasetmə taborunda sürücü vəzifəsində xidmət edir. X22, rayon Polis şöbəsinə şikayət etdiyi şəxslər qonşuları Şəxs Kamil oğlu, onun böyük oğlu X10, balaca oğlu X7r. xx.xx.2023-cü il tarixdə axşam saat 23 radələrində o, əmisi Cəmil və atası Şamillə birlikdə öz həyətlərində oturub çay içərək söhbət edirlərmiş. Bu zaman qonşusu Şamil Rəsulov mobil telefonla atası Baxşıyev Şamilə zəng edərək “həyətdə sakit səslə danışın, səs-küy salmayın” deyə bildirib telefonu söndürmüşdür. Bundan bir-iki dəqiqə sonra Səbuhi Rəsulov atasını çağırıb onlar tərəfə gəlməsini bildirmişdir. Atası Şamil sərxoş vəziyyətdə olduğundan qonşuları ilə həyətin sərhədində olan hasarın yanına getməsin deyə o, qeyd etdiyi yerə özü getmişdir ki, məsələnin nə olduğunu aydınlaşdırsın. Hasarın yanına gedib qonşusu Səbuhi və Şamillə salamlaşdıqdan sonra Səbuhi və Şamil ona “dədən nə sərəkləyir” sözünü demişlər. O da normal şəkildə sakit danışmalarını bildirmişdir. X26 və Səbuhi Rəsulov hasarı aşaraq onların həyətinə keçmişlər. Səbuhi və Şamil onun üstünə hücum etməyə başlamışlar. Həmin vaxtı o, tək imiş. Bu zaman Şamil və Səbuhi hər iki qolundan tutaraq onu yerə yıxmışlar. Sonra Səbuhi əlində olan bel ilə baş və çiyin nahiyəsinə zərbə vuraraq onu döyməyə başlamışdır. O da bundan əsəbləşərək əli ilə Səbuhinin sinə nahiyəsinə iki dəfə yumruqla zərbə vurmuşdur. Daha sonra Səbuhi və Şamilin atası Cavanşir də onun üstünə gələrək onun çiyin və kürək nahiyələrindən vurmuşdur. Yaranmış səs-küyə görə əmisi Baxşıyev Cəmil mübahisəni sakitləşdirmək və onları ayırmaq üçün hadisə olan yerə gəlmişdir. Lakin Cavanşir və oğlanları Cəmilin sözlərinə məhəl qoymamışlar və Səbuhi bel ilə Cəmilin baş nahiyəsinə zərbə vurmuşdur. Zərbədən sonra Cəmil huşunu itirərək çəpərin yanından keçən hissədə olan arxın içinə yıxılmışdır. Bundan sonra isə atası Baxşıyev Şamil hadisə yerinə gələrək onları ayırmağa çalışmışdır. Sonra isə hadisə yerinə Şəxs qardaşları gəlmişdir. Lakin Cavanşirin qardaşları gələn zaman onlar aralaşmışdır. Bundan sonra bacısı Əsman Qurbanova köməklik göstərilməsi üçün hadisə barədə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Hal-hazırda Şəxs Kamil oğlu ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Kamil oğlu barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarına əlavə edilən “İnzibati xəta haqqında” 30 noyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs Kamil oğlu xx.xx.2023-cü il tarixdə X14 və X11 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən MTE və PA X18 Şəxsinin xx.xx.2023-cü il tarixli, 89 saylı ekspert rəyindən görünür ki, X9 bədəni üzərində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: başın sol təpə nahiyəsində və qulaq seyvanının arxa səthində yumşaq toxumanın kəsilmiş yaraları iti kənarlı kəsici əşya (ola bilsin belin dəmir başlığı) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sol çiyin qurşağı nahiyəsində və hər iki saidin yuxarı 1/3-nin arxa səthlərində sıyrıqlar küt bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Sol ayaqaltı nahiyədə içərisində rezin piltə yeridilmiş, yumşaq toxumanın deşilmiş – kəsilmiş yarası xəsarətinin törənmə aləti barədə konkret fikir yürütmək mümkün deyil. İş materialına əlavə edilən MTE və PA X18 Şəxsinin xx.xx.2023-cü il tarixli, 92 saylı ekspert rəyindən görünür ki, X8 bədəni üzərində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: sağ dirsək oynağı və sol saidin yuxarı 1/3-nin arxa səthlərində sıyrıq izləri küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilən Ağsu rayon Polis Şöbəsinin “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 19 noyabr 2023-cü il tarixli qərarı ilə X6 17 noyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, X13 18 noyabr 2023-cü il tarixli qərarla CM-in 128ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, X14, X16, Şəxs Kamil oğlu və X3 əməllərində CM-in 221-ci maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, X9 əməllərində CM-in 128-ci maddəsinin, eləcə də İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan cinayət işindən ayrıca icraata CM-in 128-ci maddəsi ilə cinayət işi ayrılmış və Hərbi Prokurorluğa göndərilməsi üçün Ağsu rayon Prokurorluğuna təqdim edilmiş, X9 barəsində CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılacağı üçün hazırda istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə X9 təqsirləndirilən şəxs statusuna, eləcə də Şəxs Kamil oğlunun və X5 zərərçəkmiş şəxs statuslarına xitam verilmiş, Şəxs Kamil oğlu və X8 əməllərində İXM-in 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs və Şamil Baxşıyevin barəsində həmin maddə ilə tədbir görülməsindən ötrü qərarın surəti Ağsu RPŞ-nin İTB-nə göndərilmiş, X15 və X5 əməllərində hər hansı cinayət tərkibinin, eləcə də inzibati xəta tərkibinin əlamətləri olmadığından həmin şəxslərin barələrində cinayət təqibinin başlanması rədd edilmiş və inzibati xəta haqqında icraatın açılmasından imtina edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizalarının xx.xx.2023-cü il tarixli, 80 saylı, xx.xx.2023-cü il tarixli, 81 saylı, xx.xx.2023-cü il tarixli, 89 saylı, xx.xx.2023-cü il tarixli, 91 saylı, xx.xx.2023-cü il tarixli, 92 saylı, xx.xx.2023-cü il tarixli, 113 saylı rəyləri, həmçinin təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri sübut növü kimi tanınmış, Şəxs Kamil oğlunun istintaqa təqdim etdiyi belin xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmışdır. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər X14 və X1 Cavanşir Kamil oğlu ilə barışmış və işin icraatına xitam verilməsini xahiş etmişlər. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1 və 53.1.9-cu maddələrinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər X14 və X16 ilə Şəxs Kamil oğlu barışdıqlarından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 39.2, 53.0.10 və 105.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Kamil oğlu barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-453/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-453/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver