Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-455/2023 04.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 04 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 01 dekabr 2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs 01 dekabr 2023-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 23:30 radələrində özünə məxsus “Hyundai” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Ağsu rayon Padarqışlaq kəndində yaşayan qaynatası Məhərrəm Novruzəliyevgildən həmin kənddə olan öz ata evinə gedirmiş, həmin vaxtı ona məxsus olan avtomaşını azyaşlı oğlu Vüsal Məmmədov idarə edirmiş, bu zaman ərazidə xidmət aparan bir neçə polis əməktaşları onun avtomaşınını saxlamış, onların kim və haralı olduqlarını soruşaraq şəxsiyyət vəsiqəsini onlara təqdim etməsini onlardan xahiş etmişlər. O və azyaşlı oğlu Vüsal öz sənədlərini polis əməkdaşlarına təqdim etdikdə polis əməkdaşları onun azyaşlı oğlu Vüsalın azyaşlı olduğunu müəyyən edərək onun avtomaşınını idarə etmək üçün heç bir sənədin və hüququnun olmadığını ona bildirərək, və YPX-nin əməkdaşlarını telefon vasitəsi ilə dəvət etmişlər, bu zaman o, polis əməkdaşlarına bildirmişdir ki, kənd yerində YPX əməkdaşlarının kiminsə avtomaşınını saxlatdırıb sənədlərini yoxlamaq ixtiyarı yoxdur onlara buna səlahiyyət verilməyib. Bundan sonra o, özündən asılı olmadan əsəbləşib bir qədər ucadan səs-küy salmağa başlamış həmin polis əməktaşları onu sakitləşdirmək istəsələr də o, öz hərəkətini davam edərək bir qədər sonra avtomaşınına əyləşib oradan uzaqlaşıb öz evinə getmişdir. Bildirir ki, o, öz səhvini başa düşür bir daha belə səhvlərə yol verməyəcəyinə söz verir. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat təxminən 23:30 radələrində PPXB-nin polis nəfəri, polis serjantı Siyavuş İlhamovla birlikdə Ağsu rayonu, Padarqışlaq kəndində xidmətdə olarkən “Hyundai” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili içərisində əyləşən həmin avtomobili idarə edən şəxslər özlərini şübhəli apardıqları üçün həmin avtomobili saxlamışlar həmin şəxslərin şəxsiyyətini müəyyən edərkən məlum olmuşdur ki, həmin avtomaşını idarə edən azyaşlıdır, buna görə də onlar qeyd olunan yerə YPX-nin əməkdaşlarını dəvət etmişlər. Bu zaman həmin avtomobili idarə edən azyaşlının atası ucadan səs-küy salaraq ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamış, onlar vətəndaşı nizam-intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış, öz hərəkətlərini davam etdirmiş, avtomaşını sürüb getmişlər. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətləri etməsi sübuta yetirilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, inzibati qaydada 08 (səkkiz) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 02 dekabr 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Ağsu Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-455/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-455/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver