Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-462/2024 04.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 iştirakları ilə, xx.xx.1964-cü ildə Ağsu rayonu, Ağarx kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağsu rayonu, Ağarx kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 338.7-ci maddəsi ilə inzibati xəta törətməsinə dair daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Ağarx kənd yolunda mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol verdiyi üçün İXM-in 338.7-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Ağarx kənd yolunda malqaranın yolda nəzarətsiz qoyulmasına görə zərərçəkmiş şəxs X2 maddi zərər vurulması halına yol verdiyi üçün İXM-in 338.7-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətmişdir. Barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamışdır və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 338.7-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarına əlavə edilən Ağsu Rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmiş, X1 barəsində İXM-in 327.1-ci maddəsi və Şəxs İXM-nin 338.7ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. “İnzibati xəta haqqında” 07 avqust 2024-cü il tarixli, İXP ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs 05 iyul 2024-cü il tarixdə, saat 21:00-da Ağarx kənd yolunda malqaranın yolda nəzarətsiz qoyulmasına görə zərərçəkmiş şəxsə maddi zərər vurulması halına yol vermişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Mercedes Benz E220 CDİ markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3.215 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, Şəxs İXM-in 338.7-ci maddəsinin tələbini pozması, inzibati xəta haqqında protokol və digər iş materialları ilə də təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 338.7-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 338.7-ci maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-462/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-462/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver