Məhkəmə qərarları › İş №3(016)-465/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-465/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-465/2024 20.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Qobustan rayonu, Nabur kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləyən, Ağsu şəhəri, Cəbrayıl Gərayev küçəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə birgə yaşadıqları Ağsu şəhəri, 3-cü məhəllədəki evdə yoldaşı X3 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində evə gəldikdən sonra yorğun olduğu üçün yatmışdır. Daha sonra həyat yoldaşı Hüseynli Aysu ağlayaraq onu yuxudan oyatmış telofonda Şəfiqə adlı qadınla danışığları göstərərək ona xəyanət etdiyi qənaətinə gəlmişdir. Şəxs Aysuya xəyanət etmədiyini, onu sevdiyini və Şəfiqə adlı xanımla 5 gün əvvəl xidməti işlə bağlı əlaqə saxladığını Şəfiqə ilə hal-hazırda heç bir münasibətinin olmadığını izah etməsinə baxmayaraq Aysunun yataq otağından çıxaraq mətbəxə getdiyini və qışqıraraq qabları sındırdığını söyləmişdir. Fəridi onu sakitləşdirmək üçün yanına getmiş Aysunun səs-küy salmasını istəmədiyi üçün Aysunu qolundan tutaraq yataq otağına gətirmiş və yenidən Aysuya xəyanət etmədiyini izah etməyinə baxmayaraq Aysu Fəridi təhqir etmişdir.Bu zaman Fərid əsəbləşmiş Aysunu sakitləşdirmək üçün ona bir iki sillə vurduğunu bildirmişdir. Bundan sonra Aysu hamama gedərək qapını bağlamış biraz keçəndən sonra zala gəldiyi zaman Fərid baş verənlərin aralarında qalmasını təklif etmiş,lakin Aysunun hamamda olarkən Anası Svetlanaya zəng edərək məlumat verdiyi məlum olmuşdur. 04 iyul tarixində Fərid evdə olmayarkən Aysunun valideyinləri Aysunu aparmaq üçün gəlmiş və Aysu evdən çıxarkən geyim əşyalarını, məişət avadanlıqlarını, 8.000 manat dəyərində qızıl zinət əşyalarını və birgə yığdıqları bankada olan pulları da özü ilə aparmışdır.Şəxs etdiyi əməlindən peşman olduğunu, hal-hazırda həyat yoldaşı Aysu Hüseynli ilə barışmaq istədiyini bildirmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu şəhər 3-cü məhəllə adlı ünvanda həyat yoldaşı X3 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 198 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - ön - sol çənə altı, boynun hər iki yan-aşağı şöbələrində, gövdənin ön səthində döş qəfəsinin sağ yuxarı tış hissəsində və hər iki bazunun - saidin orta - aşağı 1/3-nin ön – iç - arxa səthlərində geniş sahələri əhatə edən dərialtı qansızmalar küt-bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 04-xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materialına əlavə edilən Ağsu rayon X4 Qrupunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, Ağsu rayon X4 Qrupunun qərarı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar