Məhkəmə qərarları › İş №3(016)-467/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-467/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-467/2023 29.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 05 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən protokol tərtib edilmişdir. Protokol onu tərtib etməyə səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməmişdir. Belə ki, protokolun tərtib edilməsi "xxxx" ASC-nin səlahiyyətində olduğu halda 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 03 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 19-cu hissəsinə əsasən, İXM-in 262-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri, 20-ci hissəsinə əsasən isə İXM-in 262.2.3-cü, 262.3-cü və 263-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsləri tərəfindən tərtib edilir. İXM-in 106-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, qeyd olunan qanunvericilik aktlarının tələblərindən göründyü kimi, İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə protokol tərtib etmək barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (vəzifəli şəxslərinin) səlahiyyəti olmamış, belə olan halda isə protokol və ona əlavə olunmuş sənədlər həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 106, 109 və 118-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar