Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-472/2023 21.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ağsu Rayon Polis Şöbəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1992-ci Ağsu rayonu, Ərəbmehdibəy kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə X1 nahiyəsinə təpiklə vuraraq xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, yaşadığı kənd ərazisində yerləşən evlərində heyvan saxlayaraq, eləcə də əkinçiliklə məşğul olaraq dolanışığını təmin edir. Onunla qonşuluqda X6 yaşayır. Elcan Rəhimov qonşusu olsa da, spirtli içkilərə meyilli olduğundan və müxtəlif vaxtlarda sərxoş vəziyyətdə onunla mübahisələr etdiyindən münasibətləri yaxşı olmamışdır. 11 dekabr 2023-cü il tarixdə saat 19 radələrində otlaq sahəsinə bağladığı atını gətirməyə gedərkən, kəndin mağazasının qarşısında keçərkən, kiminsə gəldiyini görüb, mağazaya bağlamamasını, gələn şəxs olduğunu bildirmişdir. Daha sonra o, "diqqət-diqqət qapılar bağlanır, növbəti stansiya nərimanov” deyə zarafatla söz demişdir. Həmin vaxt Elcan qarşısına çıxaraq, nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. O, Elcana söyüş söyməməsini, kənd ərazisi olduğunu deyərkən, Elcan sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək təhqir etməyə davam etmişdir. O da bundan sonra bu barədə zəng edərək, "102” xidmətinə məlumat vermişdir. Həmin gün aralarında olan mübahisə zamanı döyülmə hadisəsi baş verməmişdir. O, Elcan Rəhimlini döyməmiş, xəsarət yetirməmişdir. Mübahisə zamanı orada o, Elcan və Rəvan Bayramov olmuşdur. Hal-hazırda X7 ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, barəsində şikayət edən Şəxs onun həmkəndlisi, eyni zamanda qonşusudur. Şəxs ilə onun münasibəti yaxşı olsa da, Ariz özünə məxsus heyvanları nəzarətsiz saxlayaraq, onların sahəsinə buraxdığı üçün aralarında mübahisələri olmuşdur. 11 dekabr 2023-cü il tarixdə saat 19 radələrində əkin sahəsindən evinə yorğun gəldiyi üçün yaşadığı evdə spirtli içki olan araq və pivə içmiş, evdə içki içdikdən sonra siqaret almaq üçün kəndin mağazasına getmişdir. Mağazanın qarşısına çatarkən, Ariz ona alkaş-alkaş deyə çağıraraq, mağazanın bağlanacağını tez gəlməsini bildirmişdir. O, Arizə əməlli danışmasını, təhqir etməməsini deyəndə, Ariz ona polisin işverəni olduğunu bildirmişdir. Bundan sonra Arizə dediyi sözlərin cavabını verdiyi üçün Ariz üzərinə gələrək, təpiklə sifət nahiyəsindən vuraraq onu döymüşdür. Ariz onu döyərkən həmin vaxt orada olan, həmkəndlisi Rəvan Bayramov onları aralamışdır. Hadisə zamanı dodağından qan gəldiyindən, həmin yerdən yaşadığı evə geri qayıtmışdır. 12 dekabr 2023-cü il tarixdə saat 08:30 radələrində evlərinin qarşısında yerləşən, əkin sahəsində olarkən, Ariz özünə məxsus atı əkin sahəsinə gətirib, atı sahəyə bağlayıb, yaşadığı evi istiqamətində getməyə başlamışdır. O, Arizin yanına gedib, at heyvanını sahəsindən çıxartmasını, sahədə olan əkininə ziyan vurduğunu bildirmişdir. Bundan sonra Ariz səs-küy salmağa başlamış, nalayiq ifadələr işlətmiş, sonra sahəyə gedərək at heyvanını açıb, başına iş açacağını deyərək həmin yerdən uzaqlaşmışdır. Hal-hazırda Şəxs ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarına əlavə edilən “İnzibati xəta haqqında” 21 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan göründüyü kimi, Şəxs xx.xx.2023-cü il tarixdə X1 nahiyəsinə təpiklə vuraraq xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən MTE və PA X8 Şəxsinin xx.xx.2023-cü il tarixli, 264 saylı ekspert rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: sol gözüstü nahiyədə qançır və alt dodaq nahiyəsində bir qədər sol tərəfdə sıyrıq küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialına əlavə edilən Ağsu rayon X9 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasəntoplamış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 21 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X2 Ariz Yaşar oğlu ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənmişdir, Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş etmişdir. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1 və 53.1.9-cu maddələrinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X7 ilə Şəxs barışdıqlarından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 39.2, 53.0.10 və 105.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-472/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-472/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver