Məhkəmə qərarları › İş №3(016)-473/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-473/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-473/2023 21.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci Ağsu rayonu, Ərəbmehdibəy kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə uca səslə ünvansız söyüşlər söyməklə ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmiş, xırda xuliqanlıq hərəkətləri etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, X6 onun həmkəndlisi, eyni zamanda qonşusudur. Ariz Məmmədov ilə onun münasibəti yaxşı olsa da, Ariz özünə məxsus heyvanları nəzarətsiz saxlayaraq, onların sahəsinə buraxdığı üçün aralarında mübahisələri olmuşdur. 11 dekabr 2023-cü il tarixdə saat 19 radələrində əkin sahəsindən evinə yorğun gəldiyi üçün yaşadığı evdə spirtli içki olan araq və pivə içmiş, evdə içki içdikdən sonra siqaret almaq üçün kəndin mağazasına getmişdir. Mağazanın qarşısına çatarkən, Ariz ona alkaş-alkaş deyə çağıraraq, mağazanın bağlanacağını tez gəlməsini bildirmişdir. O, Arizə əməlli danışmasını, təhqir etməməsini deyəndə, Ariz ona polisin işverəni olduğunu bildirmişdir. Bundan sonra Arizə dediyi sözlərin cavabını verdiyi üçün Ariz üzərinə gələrək, təpiklə sifət nahiyəsindən vuraraq onu döymüşdür. Ariz onu döyərkən həmin vaxt orada olan, həmkəndlisi Rəvan Bayramov onları aralamışdır. Hadisə zamanı dodağından qan gəldiyindən, həmin yerdən yaşadığı evə geri qayıtmışdır. 12 dekabr 2023-cü il tarixdə saat 08:30 radələrində evlərinin qarşısında yerləşən, əkin sahəsində olarkən, Ariz özünə məxsus atı əkin sahəsinə gətirib, atı sahəyə bağlayıb, yaşadığı evi istiqamətində getməyə başlamışdır. O, Arizin yanına gedib, at heyvanını sahəsindən çıxartmasını, sahədə olan əkininə ziyan vurduğunu bildirmişdir. Bundan sonra Ariz səs-küy salmağa başlamış, nalayiq ifadələr işlətmiş, sonra sahəyə gedərək at heyvanını açıb, başına iş açacağını deyərək həmin yerdən uzaqlaşmışdır. Hal-hazırda X6 ilə barışmışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcəyinə söz verir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, yaşadığı kənd ərazisində yerləşən evlərində heyvan saxlayaraq, eləcə də əkinçiliklə məşğul olaraq dolanışığını təmin edir. Onunla qonşuluqda X3 yaşayır. Elcan Rəhimov qonşusu olsa da, spirtli içkilərə meyilli olduğundan və müxtəlif vaxtlarda sərxoş vəziyyətdə onunla mübahisələr etdiyindən münasibətləri yaxşı olmamışdır. 11 dekabr 2023-cü il tarixdə saat 19 radələrində otlaq sahəsinə bağladığı atını gətirməyə gedərkən, kəndin mağazasının qarşısında keçərkən, kiminsə gəldiyini görüb, mağazaya bağlamamasını, gələn şəxs olduğunu bildirmişdir. Daha sonra o, "diqqət-diqqət qapılar bağlanır, növbəti stansiya nərimanov” deyə zarafatla söz demişdir. Həmin vaxt Elcan qarşısına çıxaraq, nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. O, Elcana söyüş söyməməsini, kənd ərazisi olduğunu deyərkən, Elcan sərxoş vəziyyətdə nalayiq söyüşlər söyərək təhqir etməyə davam etmişdir. O da bundan sonra bu barədə zəng edərək, "102” xidmətinə məlumat vermişdir. Həmin gün aralarında olan mübahisə zamanı döyülmə hadisəsi baş verməmişdir. O, Şəxs döyməmiş, xəsarət yetirməmişdir. Mübahisə zamanı orada o, Elcan və Rəvan Bayramov olmuşdur. Hal-hazırda Şəxs ilə barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 21 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə X2 ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdir. İş materialına əlavə edilən Ağsu rayon X5 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasəntoplamış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar