Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-475/2023 22.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxs X1, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə azyaşlı X2 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun ögey atası X5 bacısı oğlunun arvadıdır. Onun bir gözü olmadığından 2-ci qrup əlildir. 07 dekabr 2023-cü il tarixdə saat 16 radələrində atası Yaşar, Rusiya Federasiyasında yaşayan əmisi Vüqar Cəfərovun övladına öz evində ad günü məclisi təşkil etmiş, həmin məclisə Zərərçəkmiş şəxs azyaşlı övladı ilə birlikdə gəlmişdir. Məclis zamanı yemək yeyib, spirtli içki qəbul etmiş, bu zaman Aygünün oğlu Bünyamin ona kor deyərək, təhqir etdiyindən əsəbləşmiş, Bünyamin evdən həyətə düşərkən yenidən ona kor dediyi üçün o, Bünyamini itələyərək, evdən çıxıb getməsini tələb etmişdir. Həmin vaxt səsə Aygün çölə çıxmış, üzərinə gələrək onunla mübahisə etməyə başlamışdır. O, Aygünə övladının hərəkətlərini izah edərkən, Aygün də onu söyərək təhqir etmiş, bundan sonra çölə atası Yaşar çıxmış, atası Aygünə onunla mübahisə etdiyi üçün iradlarını bildirmişdir. Lakin, Aygün atasının sözlərinə fikir verməyərək, səs-küy salaraq, atası ilə də mübahisə etməyə başlamışdır. Bundan sonra çölə Təranə Mayılova çıxaraq atası ilə mübahisə etməyə başlamış, onların atası ilə mübahisə etmələrini görüb, atasını sakitləşdirməyə çalışmışdır. Daha sonra Aygündən və Təranədən evindən çıxıb getmələrim tələb etmiş onlar da yaşadıqları evi tərk edərək, çıxıb getmişlər. Mübahisə zamanı atası X11 və ya Təranəni döyməsini görməmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 07 dekabr 2023-cu il tarixdə atasının dayısı X9 azyaşlı övladına ad günü məclisi təşki etmişdir. O, həmin məclisə anası Aygünlə birlikdə getmişdir. Məclis zamanı atasının dayısı X5 ögey oğlu Tərlan onun atası haqqında xoşagəlməz sözlər danışmağa başlamış, o, Tərlana “ay kor atam haqqında niyə xoşagəlməz sözlər danışırsan” demişdir. Lakin, Tərlan yenidən atası haqqında söyüşlər söymüş, bir neçə dəqiqə sonra həyətdə oyun oynamaq üçün çölə çıxmış, çölə çıxarkən həyətdə Tərlanla qarşılaşmış, Tərlan boğazından yapışıb, onu qaldırıb yerə yıxmış, sonra təpiklə vurmağa başlamışdır. Sonra o, Tərlana “ay kor məni niyə vurursan” demiş, Tərlan onu vurmağa davam etmişdir. Tərlan onu döydüyü üçün o ağrımış və ağlamağa başlamışdır. Sonra səsinə anası çölə çıxmış, o da olanları anasına danışmışdır. Anası Tərlana onu döydüyü üçün iradlarını bildirərkən, Tərlan anasını da nalayiq sözlərlə təhqir etmiş, sonra çölə Yaşar çıxmış, anası ilə mübahisə etməyə başlamış, anasını nalayiq söyüşlər söyərək təhqir etmişdir. Anası Yaşarın söyüşlərinə cavab verərkən, Yaşar anasının sifətinə şillə ilə vurmuşdur. Bundan sonra səsə əmisinin arvadı Təranə çölə çıxmış, Təranə anasını aralamağa çalışarkən, Yaşar yumruqla Təranənin baş nahiyəsindən vuraraq döymüşdür. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 07 dekabr 2023-cu il tarixdə ərinin Rusiya Federasiyasında yaşayan, dayısı X9 az yaşlı övladına qardaşı X5 evində ad günü məclisi təşkil etmişdir. Həmin məclisə o da dəvət edildiyindən, saat 15 radələrində 2015-ci il təvəllüdlü oğlu X6 ilə birlikdə Yaşar Cəfərovun yaşadığı evinə getmişlər. Onlardan bir qədər sonra məclisə qaynının arvadı X3 da gəlmiş, ad günü məclisində iştirak etmiş təxminən saat 19 radələrində evin həyətində oğlu Bünyaminin ağlamaq səsini eşidib çölə çıxmış, həmin vaxt oğlundan niyə ağladığını soruşmuş, oğlu ona Yaşar Cəfərovun ögəy oğlu Tərlana kor dediyi üçün onu vurduğunu, yerə yıxdığını bildirmişdir. Bundan sonra Tərlana övladını döydüyü üçün iradlarını bildirərkən, Yaşar Cəfərov çölə çıxmış, Yaşar çölə çıxdıqdan sonra onunla mübahisə etmiş, onu nalayiq söyüşlər söyərək təhqir etmişdir. O, Yaşarın söyüşlərinə cavab verərkən, Yaşar üzərinə gələrək, şillə ilə sifət nahiyəsinə vuraraq onu döymüş, bundan sonra səsə Təranə çölə çıxmış, onları aralamağa çalışarkən, Yaşar yumruqla Təranənin baş nahiyəsində vuraraq döymüşdür. Sonra onlar həmin həyəti tərk edib, şikayət etmək üçün polis şöbəsinə gəlmişlər. Bu səbədən, Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə azyaşlı X2 döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 265 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində eləcə də boyun və sağ diz nahiyəsində xx.xx.2023-cü il tarixinə uyğun xəsarət izləri aşkar edilməmişdir. İş materialına əlavə edilən Ağsu rayon X8 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon X8 Qrupunun qərarı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-475/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-475/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver