Məhkəmə qərarları › İş №3(016)-476/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-476/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-476/2024 28.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ağsu Rayon Polis Şöbəsinin nümayəndəsi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Ağsu rayonunda, Kəndoba kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 332.4cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 21053” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhəri, H.Əliyev pr-də hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr edən maşını keçmək istəyərkən “Nissan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı maşını idarə etdiyi maşınla vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus “VAZ 21053” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhəri, H.Əliyev küçəsində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Nissan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr edən maşını keçmək istəmiş bu zaman idarə etdiyi avtombil həmin avtomobil ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi maşında tək olmuş, heç bir xəsarət almamışdır. Maşını idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Əməlindən səmimi peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə özünə məxsus “Nissan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhəri, H.Əliyev küçəsində hərəkətdə olarkən sola dönmək üçün manevr edərkən, arxada hərəkətdə olan VAZ 2107 markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobil ilə toqquşdu və maşınına maddi ziyan dəydi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 332.4-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 28 avqust 2024-cü il tarixli, İXP ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:45-də idarə etdiyi “VAZ 21053” minik markalı, **- SD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhəri, H.Əliyev küçəsində hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu üçün “Nissan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı maşını idarə etdiyi maşınla vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarından görünür ki, “VAZ 21053” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı və “Nissan” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı maşına ziyan dəymişdir. Beləliklə, Şəxs Xərgüllə oğlunun İXM-in 332.4-cü maddəsinin tələbini pozması, özünün səmimi etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə də təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs şəxsiyyətini və səmimi peşmanlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar