Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-477/2023 27.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şamaxı rayonu, Şərədil kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Şamaxı rayonu, Şərədil kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahı evində saxlamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahat verərək göstərdi ki, Şəxs icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahı evində saxlamışdır. Onun barəsində İXM-nin 590.2-ci maddəsi ilə tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində həmkəndlisi Xalid Heydərovla birgə yaşadığı Şərədil kəndindən Ağsu rayonu istiqamətinə Xalidə məxsus olan bir baş iri buynuzlu heyvanı örüş sahələrindən axtarmaq üçün çıxmışlar. Örüş sahələri dağlıq ərazidə yerləşdiyi üçün vəhşi heyvanlardan qorunmağa görə özlərinə məxsus olan ov tüfənglərini də götürmüş, Ağsu rayon ərazisinə gəlmiş, dağlıq ərazidə havanın dumanlı olmasına görə uzaqdan görə bilmədiyi çoban itləri onlara hücum etmiş, itlər hürməyə başlamış, onları qorxutmaq üçün üzərində olan ov tüfəngi ilə havaya iki dəfə atəş açmış, bundan sonra itlər uzaqlaşmışlar. Bu zaman bir nəfər şəxs yaxınlaşaraq niyə atəş açdıqlarını soruşmuş, ona demişlər ki, “itlər bizə cumduğu üçün biz qorxaraq havaya atəş açmışıq ki, itlər qorxub qaçsınlar.” Sonradan adını bildiyi Vəfadar adlı çoban mübahisə etməyə başlamış ki, “niyə siz burada ov tüfəngindən atəş açırsız? sizin barənizdə şikayət edəcəm.” Ondan xahiş etmişlər ki, şikayət etməsin, lakin o, şikayət edəcəyini bir daha bildirdikdə daşıdıqları ov tüfənglərinin sənədləri olmadığından qorxmuş ki, polis gəlib tüfəngləri alacaq buna görə oradan uzaqlaşmağa başlamışlar. Vəfadarla aralarında olan mübahisə zamanı onu hədələməyiblər və ov tüfəngi ilə onun itini vurmamışdırlar. Ona yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 27 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs icra hakimiyyəti orqanından xüsusi icazə olmadan mülki silahı evində saxlamışdır. İş materiallarına əlavə edilən Ağsu rayon X4 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasn toplanmış matereal üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs və Şəxs barələrində İXM-in 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nin X1 göndərilmiş, götürülmüş bir ədəd 16 çaplı, tək lüləli 65413 nömrəli və bir ədəd 20 çaplı, qoşa lüləli, 73446558 nömrəli ov tüfəngləri Azərbaycan Respublikası Maddi Texniki Təminat Baş İdarəsinin silah anbarına təhvil verilənə kimi üçün Ağsu RPŞ-nin saxlanc anbarında saxlanmışdır. Göründüyü kimi, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd 16 çaplı, tək lüləli “65413” nömrəli ov tüfəngi müsadirə edilməklə barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd 16 çaplı, tək lüləli “65413” nömrəli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-477/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-477/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver