Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-477/2024 29.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Elburus oğlunun iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Elburus oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Elburus oğlu polisin qanuni göstərişlərinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs Elburus oğlu xx.xx.2024-cü il tarixdə Ağsu şəhər, Natəvan küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamış, və ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Elburus oğlu izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Ağsu rayonu ərazisində yerləşən “Gözəl Ağsu” şadlıq sarayında qonşunun toy məclisində iştirak etmiş və spirtli içki qəbul etmişdir. Toyun bitməsinə yaxın 22:00 radələrində oradan içkili vəziyyətdə çıxmış və qonşunun avtomobilinə əyləşərək, onun ailəsini evə aparmaq məqsədi ilə sərxoş vəziyyətdə avtomobili idarə etmişdir. Daha sonra polis əməkdaşları onu saxlamış və özlərini təqdim etmişlər. Onun sərxoş olduğundan şübhələnən polis əməkdaşları onu alkotester vasitəsi ilə yoxlamaq istədikdə, özünün içkili olduğunu bildiyi halda alkotesterin düzgün işləmədiyini söyləmişdir. Əməkdaşlar onu Ağsu RMX-ə gətirmişlər. Oradada alkotesterdən imtina edərək, qanından analiz tələb etmişdir. Sərxoş olduğunu bildiyi halda sadəcə iş prosessini gecikdirmək və polis əməkdaşları ilə arasında yaranan konfilikt səbəbindən boynuna almamış və işi yubandırmışdır. Daha sonra Ağsu RPŞ-nə gətirildiyi zaman növbətçi hissənin qarşısında səs-küy salmışdır. Növbətçi hissənin əməkdaşı onu xəbərdar etsə də, bu hal birdaha təkrarlanmışdır. O, etdiyi hərəkətin yanlış olduğunu bilir, və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixində Ağsu RPŞ-nin DYPB-nin YPX-i inspektoru Mustafa Hacıyevlə birlikdə Ağsu rayon ərazisində xidmətdə olan zaman VAZ 21015 markalı avtomobilin **-NJ-*** DQNN-lı avtomobilin işıq cihazlarından düzgün istifadə etmədiyi üçün ona saxla göstərişi verilmişdir. Daha sonra sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, sənədləri yoxlayarkən sürücüdən spirtli içki qoxusu gəldiyi üçün sərxoş olduğunu hiss edərək, texniki cihazla yoxlamaq üçün alkotesteri ona tərəf uzatmışlar. Lakin Emin alkotesterdən çox sərt şəkildə imtina etmişdir. Nəticədə müainə üçün Ağsu RMX-ə gətirmişlər. O, alkotesterdən burdada imtina etmiş və ucadan səs-küy salmışdır. Polisin qanunu tələbinə qəsdən tabe olmadığı üçün onu Ağsu RPŞ-nə gətirmişlər. Şəxs Ağsu RPŞ-nin növbəti hissəsinin qarşısındada ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Elburus oğlunun İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 29 avqust 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Elburus oğlu xx.xx.2024-cü il tarixdə Ağsu rayonu, Natəvan küçəsində YPX əməkdaşlarının qanunu göstərişlərinə tabe olmamış və ucadan səəs-küy salaraq nalayiq ifadələr işlətmişdir.. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs Elburus oğlu xx.xx.2024-cü il tarixdə, saat 23:25-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs Elburus oğlunun ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadəsi, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Elburus oğlunun İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Elburus oğlunun səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs Elburus oğlunun hadisə zamanı sərxoş olması inzibati məsuliyyəti ağırlaşdıran haldır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs Elburus oğlunun törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs Elburus oğlu barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Elburus oğlu İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Elburus oğlu İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli ) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-477/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-477/2024
29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver