Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-478/2024 30.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağsu rayonunda, Qaraqaşlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 343.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində “Vaz 21015” minik markalı, **-NJ-*** DQNN vasitəsində işıq cihazlarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsini sərxoş idarə etmişdir. Onlar onu saxlamış, sürücüdən spirtli içki qoxusu gəldiyi üçün onu tibbi müayinəyə dəvət etmiş, o da imtina etmişdir. Daha sonra onun barəsində protokol tərtib edildi. O, göstərilənlərə əsasən Şəxs İXM 343.1-ci maddəsinə əsasən tənbeh tədbiri görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Ağsu rayonu ərazisində yerləşən “Gözəl Ağsu” şadlıq sarayında qonşunun toy məclisində iştirak etmiş və spirtli içki qəbul etmişdir. Toyun bitməsinə yaxın 22:00 radələrində oradan içkili vəziyyətdə çıxmış və qonşunun avtomobilinə əyləşərək, onun ailəsini evə aparmaq məqsədi ilə sərxoş vəziyyətdə avtomobili idarə etmişdir. Daha sonra polis əməkdaşları onu saxlamış və özlərini təqdim etmişlər. Onun sərxoş olduğundan şübhələnən polis əməkdaşları onu alkotester vasitəsi ilə yoxlamaq istədikdə, özünün içkili olduğunu bildiyi halda alkotesterin düzgün işləmədiyini söyləmişdir. Əməkdaşlar onu Ağsu RMX-ə gətirmişlər. Orada da alkotesterdən imtina edərək, qanından analiz tələb etmişdir. Sərxoş olduğunu bildiyi halda sadəcə iş prosessini gecikdirmək və polis əməkdaşları ilə arasında yaranan konfilikt səbəbindən boynuna almamış və işi yubandırmışdır. O, etdiyi hərəkətin yanlış olduğunu bilir, əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə, saat 23:35-də “Vaz 21015” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətdiyi üçün barəsində İXM-in 343.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və 28 avqust 2024-cü il tarixli, İXP ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs İXM-in 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:35 radələrində idarə etdiyi “Vaz 21015” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazlarından istifadə qaydalarını pozmuş, Ağsu rayonu Yol patrul xidmətinin inspektoru X2 tərəfindən saxlanılmış, bu zaman o, Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsindən şübhələndiyi üçün onu tibbi müayinəyə dəvət etmiş, Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. Bu səbəbdən onun barəsində İXM-in 343.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İXM-in 343.1-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 343.1-ci maddəsinin sanksiyasının həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 343.1-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-478/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-478/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver