Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-493/2024 13.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Ağsu rayonu, Ağabəyli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Ağsu rayonu, Ağabəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə uca səslə ünvansız söyüşlər söyməklə ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahat verərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olduğu zaman Kamaz markalı səs-küy salaraq ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söymüş, ictimai qaydanı kobud şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə özünə məxsus kamaz markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Girdiman ərazisi istiqamətində gedərkən anidən qarşısına iri buynuzlu heyvan çıxdığına görə tormuz verərək avtomobilini saxlamış, Roma Eynulla oğlu özünə məxsus avtomobili ilə sol tərəfindən ötüb keçmişdir. Daha sonra o, öz izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs təhqir etməmişdir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o xx.xx.2024-cü il tarixdə Girdiman ərazisində yükə gedirmiş. Bu zaman əvvəlcədən də aralarında ədavət olan Şəxs da özünə məxsus kamaz markalı avtomobillə hərəkətdə idi və o, özündən əvvəl olan maşınları yük maşını ilə keçərək hərəkət edirmiş. Bu zaman Roma ona yaxınlaşıb yanından yavaşca keçmək istəyərkən, o Romanın yolunu almış və ona təhlükəli vəziyyət yaratmışdır. Əgər Roma avtomobili idarə edə bilməsəymiş çox ağır yol qəza hadisəsi baş verəcəkmiş. Zərərçəkmiş şəxs ümumiyyətlə Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir.O bildirmişdir ki, Şəxs onu harda görsə ailəsinə və ona təhqir edici sözlər söyləyir və onu təhqir edir. Dəfələrlə onun şəxsiyyətini alçaltdığı üçün polisə şikayət vermişdir, lakin Şəxs öz hərəkətlərindən əl çəkmir. Zərərçəkmiş şəxs ailəsini, övladlarını, ictimai yerlərdə dayanmadan təhqir edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə təxminən saat 19:35 radələrində Bakı-Şamaxı-Yevlax yolunda özünə məxsus Mercedens-Benz markalı maşını ilə İsmayılllı rayonuna gedərkən yolda dəfələrlə Kamaz markalı **-OB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili yolda qəza vəziyyəti yaratmış, onun və yolda olan digər avtomobillər üçün təhlükəli vəziyyət yaratmışdır. Daha sonra o? kamaz şoferinin yanına gedərək “niyə bu cür təhlükəli vəziyyət yaratdığını” soruşmuşdur. Şəxs isə cavabında “Onu tanıdığını, onunla heçbir probleminin olmadığını və digər kamaz şoferi Zərərçəkmiş şəxs ilə aralarında olan konfilikt səbəbindən belə etdiyini” söyləmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 13 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2024-cü il tarixdə küçədə nalayiq söyüşlər söyərək, Zərərçəkmiş şəxs təhqir etmişdir. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:25-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi şahid ifadəsi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati həbs tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 12 sentyabr 2024-cü il tarixdən, saat 16:25-dən hesablansın. Qərarın icrası Ağsu rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-493/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-493/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver