Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-497/2024 02.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X11 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə, Azərbaycan Respublikası Qida X1 X6 “İnzibati tənbeh vermə haqqında” 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida X1 X6 “İnzibati tənbeh vermə haqqında” 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, əvvəllər vergi ödəyicisi kimi qeydə alınaraq fəaliyyət göstərmiş, işlətdiyi yer özünü dorultmadığından təxminən 10 ildən artıqdır ki, rəsmi olaraq vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. Faktiki olaraq heç bir yerdə işləmədiyindən Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Qurd qapısı” adlanan yeməkxanada tanış kimi köməklik edir. Həmin yer sənəd üzrə təxminən 2 il bundan əvvəl ölmüş X5 məxsusdur. Təxminən 20 gün bundan əvvəl X2 Dağliq X8ndən nümayəndələr gəlib orada olarkən ona obyektdə pozuntu olduğunu bildirdilər. Onlara burada işləmədiyini bildirib, ora cavabdeh olan şəxsi çağırdı. Həmin şəxs onun bura aidiyyəti olmadığını bildirdi və aralarında söhbət etdikdən sonra getdilər. Bir neçə gündən sonra onun ünvanına xəbərdarlıq məktubu gəldi. Həmin məktubu götürüb Şamaxı şəhərinə Regional idarəyə getmiş və rəisin qəbulunda olaraq qeyd edilən yerin ona aidiyyəti olmadığını bildirmişdir. Rəis ona həmin yeri işlətdiyini bildirdiklərini və işçilərinə haqqında inzibati protokol yazılmamasını tapşırdığını bildirmişdir. Lakin onun ertirazına məhəl qoyulmadı və xx.xx.2024-cü il tarixli zərflə barəsində yazılmış 05 sentyabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli Qərar“ gəldi. Qərarda “vəzifəli şəxs qismində” İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyi göstərilmişdir. Qeyd edilən obyektə heç bir aidiyyəti yoxdur, heç bir vəzifə daşımır. Agentlik özü də araşdırıb ki, onun aktiv VÖEN-i yoxdur. Ona görə də barəsində tərtib edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 məhkəmə iclasında şikayətdə göstərilənləri müdafiə edərək bildirmişdir ki, o, kafedə işçi deyildir, salat hazırlayır. Başqa yerlərdə də işləyir. Qida agentliyinin əməkdaşları həmin ünvana gələndə yerin sahibinin rəhmətə getdiyi bildirilmişdir. Həmin vaxt sənədə imza edilməsi bildirildi, lakin orada işləmədiyini qeyd edib qol çəkməkdən imtina etmişdir. Aktiv VÖEN-i də yoxdur. Bildiriş gələndə aidiyyəti qurumun rəisinin qəbulunda olmuş, onun həmin yeməkxanada işləmədiyinin müəyyən olunması qənaətinə gəldiklərindən məsələnin həll edildiyini düşünmüşdür. Lakin sonradan ünvanına cərimə olunması barədə qərarın surəti gəlmişdir. Qərar əsassızdır, onun həmin yeməkxanaya heç bir aidiyyəti yoxdur. Odur ki, qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılan Azərbaycan Respublikası Qida X1 X8 nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni xəbərdar etməmişlər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. - “İnzibati tənbeh vermə haqqında” 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X4 444.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in 444.1-ci maddəsinə əsasən, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin: 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 həmin restoranın kafenin işçisi olmayaraq oranı işlətmədiyini, vergi ödəyicisi kimi fəaliyyətini dayandırdığını qeyd etsədə həmin halları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, “İnzibati tənbeh vermə haqqında” qərarların ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 134.1, 114, 115, 117-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X1 X6 “İnzibati tənbeh vermə haqqında” 05 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-497/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-497/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver