Məhkəmə qərarları › İş №3(016)-498/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-498/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-498/2024 18.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu şəhəri, Əbülqasım Firdovsi küçəsi, ev 20-də qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs qohumu Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Bu səbəbdən də, barəsində İXM-in 157-ci maddəsi ilə protokol təyin olunmuşdur. Barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs qudasıdır. Qudasıgil qızını bir müddətdir ki, onlara gəlməyə, onlarla əlaqə saxlamağa icazə vermirlər. Bir gün yoldaşı Qurban bayramı münasibəti ilə Abdullayeva Elmira qızıgilə gedib, gələrkən qızı Elnarə Abdullayevanı da özü ilə gətirib. xx.xx.2024-cü il tarixdə evdə oturub, yemək süfrəsini hazırlayarkən birdən qudası Şahid1 həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə gəldiyini görmüşdür. İçəri girən kimi Könül Şahid2 üstünə qaçaraq qolundan tutmuş, Elnarəni məcbur şəkildə aparmağa çalışmışdır. Elnarə getmək istəmədiyi və ağladığı üçün Könül onu sürüyərək getməyə məcbur etmiş, müqavimət göstərdiyi üçün Elnarənin kürəyinə vurmuşdur. Daha sonra Qorxmaz 102-yə zəng etmişdir. O, Zərərçəkmiş şəxs vurmamışdır. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, gəlini ilə arasnda heç bir probilemi yoxdur. X3ra qonaq gəlmiş və gedərkən gəlini Elnarə Abdullayevanı da 2 saatlıq atasını görməyi üçün qonaq aparmaq istədiyini bildirmişdir və gedərkən qızını da özü ilə aparmışdır. Lakin geri gətirməmişdir. xx.xx.2024-cü il tarixdə onlar Qorxmazgilə getmişlər. Taksidən düşdükdən sonra yoldaşı Şahid1 heç hələ içəri girməmiş Qorxmaz onları təhqir edərək çıxın çölə, mən sizə qız vermirəm demişdir. Bu zaman Zərərçəkmiş şəxs onların arasına girmişdir. Qorxmaz onları təhqir edə-edə polisə zəng edəcəyini bildirmişdir. Daha sonra Qorxmaz onun boğazından yapışaraq boşından tutmuş və ağız nahiyəsindən sillə ilə vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs boğulduğu üçün dizini yerə atmışdır. Bu səbədən, Şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, atasıgildə olarkən yemək süfrəsi hazırlayırlarmış. Bu zaman qayınanası Zərərçəkmiş şəxs və qayınatası Şahid1 gəldiyini görmüşdür. Qayınanası Zərərçəkmiş şəxs Elnarəyə qışqıraraq, -hazırlaş gedək! demişdir. Elnarə isə cavabında getmək istəmədiyini bildirmişdir. Daha sonra qayınanası onu kürək nahiyəsindən vuraraq məcbur aparmağa çalışdığı üçün qayınatası Vəli əsəbiləşərək Könülün ağızından tutub pilləkəndən aşağı çəkərkən, Könül yıxılmışdır. Daha sonra Könül ağlaya-ağlaya dizini tutaraq “Qorxmazı tutduracam” - deyə söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, evdə istifadə etdikləri telefon suya düşmüşdür. Buna görə də gəlinləri Elnarə Abdullayeva bir müddətdir ki, ailəsi ilə əlaqə saxlaya bilmir. Bir gün Elnarənin anası gələrək Elnarəni aparmış, axşam gətirəcəyini söyləmişdir. Lakin gətirməmiş və yenidən sabah gətirəcəyini söyləmişdir. Daha sonra Şahid1 və Zərərçəkmiş şəxs Elnarənin niyə getdiyinin səbəbini aydınlaşdırmaq məqsədi ilə Qorxmazgilə getmişlər. Qorxmazgilə çatan kimi heç içəri girməmiş, Qorxmaz onu təhqir edərək evdən çölə çıxmasını və getməsini bildirmişdir. Bu zaman Vəli Qorxmaza bildirmişdir ki, probilem hər nədisə həll etməyə gəlmişik. Bundan sonra Qorxmaz 102-yə zəng etmişdir. Qorxmaz yoldaşımı da vuraraq evə getməyini söyləmişdir. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağsu şəhərində Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materialına əlavə edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 43 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - sol baldırın orta 1/3-nin bayır səthində ətrafında yumşaq toxumanın bir qədər şişkinliyi fonunda qançır küt – bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İş materialına əlavə edilən Ağsu rayon X7 Qrupunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon X7 Qrupunun qərarı və “İnzibati xəta haqqında” protokol ilə təsdiq olunur. Buna görə də, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 157-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar