Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-5/2024 07.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ağsu Rayon Polis Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 332.4cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30-da idarə etdiyi “VAZ 21063” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu üçün “Vaz 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2410” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı maşınları idarə etdiyi maşınla vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “VAZ 21063” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olarkən dönmək istədikdə sükan tutulmuş, o, maşını yoxlamaq üçün əyləci sıxsa da yol nəqliyyat hadisəsi qaçılmaz olmuşdur. Hərəkətdə olduğu yolun sağ tərəfində yerləşən “111 Pub” adlanan kafelər qarşısında dayanmaqda olan “Vaz 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2410” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı maşınları idarə etdiyi maşınla vurmuş, bütün maşınlara maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi maşında tək olmuş, heç bir xəsarət almamışdır. Maşını idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Əməlindən səmimi peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 332.4-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 07 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokolla müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30-da idarə etdiyi “VAZ 21063” minik markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olarkən əks-istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğu üçün “Vaz 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2410” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı maşınları idarə etdiyi maşınla vurmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli, 882 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs hadisə baş verən zaman sərxoş olmamışdır. İş materiallarından görünür ki, “Vaz 2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2410” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 2107” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı maşınlara ziyan dəymişdir. Beləliklə, Şəxs İXM-in 332.4-cü maddəsinin tələbini pozması, özünün səmimi etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə də təsdiq edilir. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun hərəkətləri İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən Şəxs şəxsiyyətini və səmimi peşmanlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində İXM-in 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə vəİXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsindən nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-5/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-5/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver