Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-50/2023 26.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1973-cü ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 232-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri, 20 Yanvar küçəsində yerləşən “Zəhra” gözəllik salonunun şüşəsini sındıraraq salonun sahibi X4 maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri, 20 Yanvar küçəsində yerləşən “Zəhra” gözəllik salonunun şüşəsini sındıraraq salonun sahibi X4 maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X5 tanımır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixində təxminən saat 21 radələrində Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən kafeyə getmiş, kafedə oturaraq yemək yemiş və biraz da spirtli içki qəbul etmişdir. Bir qədər oturduqdan sonra təxminən saat 23 radələrində kafedən çıxaraq yaşadığı ev istiqamətində piyada hərəkətdə olmuşdur. Spirtli içki qəbul etdiyi üçün hərəkətlərini bilməmiş və yerdən götürdüyü daş parçasını Ağsu şəhəri, 20 Yanvar küçəsində yerləşən “Zəhra” gözəllik salonuna ataraq salonun şüşəsini qırmışdır. Bundan sonra polis əməkdaşları onu küçədə görüb RPŞ-yə gətirmişlər. Əməlindən çox peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmiş və onunla barışmışdır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs ilə barışmış, Şəxs ona dəymiş ziyanı tam ödəmiş və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarına əlavə edilən “İnzibati xəta haqqında” 26 yanvar 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan göründüyü kimi, xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri, 20 Yanvar küçəsində yerləşən “Zəhra” gözəllik salonunun şüşəsini sındıraraq salonun sahibi X4 maddi ziyan vurmuşdur. İş materiallarına əlavə edilən Ağsu rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 26 yanvar 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-in 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağsu RPŞ-nın İTB-yə göndərilmişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, X1 Habil Rafiq oğlu ilə barışmış, Şəxs ona dəymiş ziyanı tam ödəmiş və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1 və 53.1.9-cu maddələrinə əsasən, bu Məcəllənin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X7 ilə Şəxs barışdıqlarından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 39.2, 53.0.10 və 105.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-50/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-50/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver