Məhkəmə qərarları › İş №3(016)-50/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-50/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-50/2024 01.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X5 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə Şəxs sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Kamaz 55111 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X1 idarə etdiyi Kamaz 65115 yük markalı,**-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sürücü X2 bədən xəsarəti almışdır. Bundan sonra Ağsu rayon X3 Qrupunun müstəntiqinin xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi faktı əsasında toplanmış materialda Şəxs zərərçəkmiş şəxs kimi tanınmış, Şəxs barəsində İXM-in 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin DYPB-yə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən “Kamaz 55111 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi barədə (İnzibati xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətini yetirilməsi halına görə) inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən səmimi peşmançılıq çəkdiyini, ikinci qarabağ müharibəsi iştirakçısı olduğunu, sürücülüklə məşğul olduğunu və sürücülüyün onun yeganə qazanc yeri olduğunu qeyd edərək maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarında qeyd edilmiş məhkəmə-tibb ekpertizasının xx.xx.2023-cü il tarixli 233 nömrəli rəyindən görünür ki, X1 bədən səthində sol gözün yuxarı qapaq nahiyəsində çapıq xəsarəti aşkar edilmişdir.Qeyd olunun xəsarət bərk əşyanın təsirindən törənmişlər,törənmə müddəti qərarda başın təpə nahiyəsində yumşaq toxumanın böyük həcimli əzilmiş-cırılmış yarası, küt travma təsiri nəticəsində əmələ gəlmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında” protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-nin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ikinci qarabağ müharibəsi iştirakçısı olmasını, sürücülüyün onun yeganə qazanc yeri olmasını İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasının həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar