Məhkəmə qərarları › İş №3(016)-503/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-503/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-503/2024 16.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Ağsu rayonu Bico kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən, Ağsu rayonu Elabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 394-1.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Ağsu şəhəri, N.Tağızadə küçəsində yerləşən avtotəmir sexinin istismarına, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisinə, Ağsu şəhəri, N.Gəncəvi küçəsinin şimal hissəsində ticarət obyektinin istismarına, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 45 ünvanında ticarət və xidmət obyektinin istismarına, Ağsu rayonunun Qaraqaşlı kəndində istehsalat binasının tikintisinə, Ağsu rayonunun Pirhəsənli kəndində meyvə-tərəvəz emalı zavodunun tikintisinə, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisinə, Ağsu-Gəgəli yolunun üzərində yerləşən ticarət obyektinin istismarına, Ağsu şəhəri, N.Gəncəvi küçəsi, 19 nömrəli binanın şimal hissəsində ticarət obyektinin istismarına, Ağsu-Gəgəli yolunun qərb tərəfində yerləşən iaşə obyektinin istismarına və Ağsu şəhəri, H.Əliyev prospekti 394 ünvanında ticarət obyektinin istismarına icazə verilmiş, lakin məlumatlar qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma nəzarəti şöbəsinin müdir müavini X11 tərəfindən 20 sentyabr 2024-cü il tarixdə müvafiq olaraq MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağsu Rayon Məhkəməsinin 3(016)-503/2024 saylı 02 oktyabr 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində İXM-nin 394-1.1-ci maddəsi ilə olan 20 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati inzibati xəta haqqında protokollarla bağlı 3(016)- 503/2024 nömrəli, 3(016)-504/2024 nömrəli, 3(016)-505/2024 nömrəli, 3(016)-506/2024 nömrəli, 3(016)-507/2024 nömrəli, 3(016)-508/2024 nömrəli, 3(016)-509/2024 nömrəli, 3(016)-510/2024 nömrəli, 3(016)-511/2024 nömrəli, 3(016)-512/2024 nömrəli və 3(016)- 513/2024 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılması, birləşdirilmiş işdə 3(016)-503/2024 nömrəsi saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Komitənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, qanunla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikintisinə və istismarına icazə verilən tikinti obyektlərinə dair sənəd və məlumatlar qanunla müəyyən edilmiş müddətdə Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi üçün rəsmi olaraq ona həvalə edilmiş, lakin iş qrafikinin gərgin olması ilə əlaqədar olaraq aktda qeyd olunan obyektlər barədə sənəd və məlumatları aidiyyəti üzrə vaxtında təqdim etməmişdir. Əməlindən peşmandır. Bir daha belə nöqsanlara yol verməyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını və yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - MN seriyalı, ******* nömrəli 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Ağsu şəhəri, N.Tağızadə küçəsində yerləşən avtotəmir sexinin istismarına icazə verilmiş, lakin məlumatlar qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - MN seriyalı, ******* nömrəli 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - MN seriyalı, ******* nömrəli 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Ağsu şəhəri, N.Gəncəvi küçəsinin şimal hissəsində ticarət obyektinin istismarına icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - MN seriyalı, ******* nömrəli 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında ticarət və xidmət obyektinin istismarına icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - MN seriyalı, ******* nömrəli 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon İcra Hakimiyyəti Ağsu rayonunun Qaraqaşlı kəndində istehsalat binasının tikintisinə icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - MN seriyalı, ******* nömrəli 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Ağsu rayonunun Pirhəsənli kəndində meyvətərəvəz emalı zavodunun tikintisinə icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - MN seriyalı, ******* nömrəli 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - MN seriyalı, ******* nömrəli 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Ağsu-Gəgəli yolunun üzərində yerləşən ticarət obyektinin istismarına icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - MN seriyalı, ******* nömrəli 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Ağsu şəhəri, N.Gəncəvi küçəsi, 19 nömrəli binanın şimal hissəsində ticarət obyektinin istismarına icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - MN seriyalı, ******* nömrəli 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Ağsu-Gəgəli yolunun qərb tərəfində yerləşən iaşə obyektinin istismarına icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - MN seriyalı, ******* nömrəli 20 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Ağsu şəhəri, H.Əliyev prospekti 394 ünvanında ticarət obyektinin istismarına icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə Reyestrə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Nəticədə Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar vəzifəsində işləyən Şəxs tərəfindən İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ərazisində tikintisinə icazə verilən, lakn sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə təqdim edilməyən tikinti obyektləri barədə 20 sentyabr 2024-cü il tarixli aktın surətindən və müvafiq icazə sənədlərindən görünür ki, Ağsu rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 01 nömrəli istismara icazə sənədi X8 Ağsu şəhəri, N.Tağızadə küçəsində yerləşən avtotəmir sexinin istismarına, xx.xx.2023-cü il 07 nömrəli tikintiyə icazə sənədi X4 Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisinə, xx.xx.2023-cü il 07 nömrəli istismara icazə sənədi X5 Ağsu şəhəri, N.Gəncəvi küçəsinin şimal hissəsində ticarət obyektinin istismarına, xx.xx.2023-cü il 05 nömrəli istismara icazə sənədi X10 Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 45 ünvanında ticarət və xidmət obyektinin istismarına, xx.xx.2022-ci il 04 nömrəli tikintiyə icazə sənədi "xxxx" MMC-yə Ağsu rayonunun Qaraqaşlı kəndində istehsalat binasının tikintisinə, xx.xx.2023-cü il 05 nömrəli tikintiyə icazə sənədi X9 Ağsu rayonunun Pirhəsənli kəndində meyvə-tərəvəz emalı zavodunun tikintisinə, xx.xx.2023-cü il 06 nömrəli tikintiyə icazə sənədi X2 Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisinə, xx.xx.2022-ci il 02 nömrəli istismara icazə sənədi X3 Ağsu-Gəgəli yolunun üzərində yerləşən ticarət obyektinin istismarına, xx.xx.2023-cü il 03 nömrəli istismara icazə sənədi X1 Ağsu şəhəri, N.Gəncəvi küçəsi, 19 nömrəli binanın şimal hissəsində ticarət obyektinin istismarına, xx.xx.2022-ci il 04 nömrəli istismara icazə sənədi X6 Ağsu-Gəgəli yolunun qərb tərəfində yerləşən iaşə obyektinin istismarına və 29.03.223-cü il 04 nömrəli istismara icazə sənədi X12 Ağsu şəhəri, H.Əliyev prospekti 394 ünvanında ticarət obyektinin istismarına icazələr verilmişdir. Lakin tikintisinə və istismarına icazə verilən bu obyektlər barədə sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməli olduğu halda, bu günədək təqdim edilməmişdir. - Ağsu Rayon İcra Hakimiyyətinin başçısının 11 sentyabr 2024-cü il tarixli, 5-34/2- 296/2024 saylı məktubunun surətindən görünür ki, Ağsu rayonu üzrə sənədlərin Tikintilərin Dövlət Reyestrinə daxil edilməsindən ötrü 13 iyul 2022-ci il tarixdən hazırkı dövrədək məsul şəxs Memarlıq və tikinti şöbəsinin müdiri Şəxs olmuşdur. - Ağsu Rayon Məhkəməsinin 3(016)-503/2024 saylı 02 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində İXM-nin 394-1.1-ci maddəsi ilə olan 20 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati inzibati xəta haqqında protokollarla bağlı 3(016)-503/2024 nömrəli, 3(016)-504/2024 nömrəli, 3(016)-505/2024 nömrəli, 3(016)-506/2024 nömrəli, 3(016)-507/2024 nömrəli, 3(016)-508/2024 nömrəli, 3(016)-509/2024 nömrəli, 3(016)-510/2024 nömrəli, 3(016)-511/2024 nömrəli, 3(016)- 512/2024 nömrəli və 3(016)-513/2024 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılması, birləşdirilmiş işdə 3(016)-503/2024 nömrəsi saxlanılması qərara alınmışdır. - Ağsu Rayon Məhkəməsinin 3(016)-392/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-in 394-1.1-ci maddəsi nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolların hər biri üzrə ayrı-ayrılıqda 500 manat olmaqla, ümumilikdə 4.000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri onun öz izahatı, inzibati xəta haqqında protokollar, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 394-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 394-1.1-ci maddəsinə əsasən tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İnzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.4-ci maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında İnzibati xəta törətmiş Şəxs əməlindən peşman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 394-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməli və barəsində İXM-nin 34.1 və 34.4-cü maddələr nəzərə alınmaqla inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 394-1.1-ci maddəsi nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolların hər biri üzrə ayrı-ayrılıqda 600 manat olmaqla, ümumilikdə 6.600 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar