Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 3(016)-506/2024 02.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 394-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materialları nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Ağsu Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – Baş memar Şəxs İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollardan görünür ki, onlar bir nəfər şəxsin - Şəxs barəsində İXM-nin 394-1.1-ci maddəsi ilə 20 sentyabr 2024-cü il tarixdə tərtib olunaraq, baxılması üçün 01 oktyabr 2024-ci il tarixdə Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Təqdim olunmuş materialları nəzərdən keçirərək və istinad olunan maddi hüquq normasının tələbini nəzərə alaraq, Məhkəmə hesab edir ki, Şəxs müxtəlif vaxtlarda törətdiyi inzibati xətalarla bağlı onun barəsində 20 sentyabr 2024-cü il tarixdə tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokollara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və İXM-nin 34.2, 114, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 394-1.1-ci maddəsi ilə olan 20 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati inzibati xəta haqqında protokollarla bağlı 3(016)- 506/2024 nömrəli iş 20 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati inzibati xəta haqqında protokollarla bağlı 3(016)-503/2024 nömrəli işlə bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın, birləşdirilmiş işdə 3(016)-503/2024 nömrəsi saxlanılsın. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(016)-506/2024
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №3(016)-506/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver