Məhkəmə qərarları › İş №3(016)-514/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-514/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-514/2024 02.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ictimai qaydanı kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam radələrində Ağsu şəhəri, Vidadi küçəsində saxlanılaraq avtomobili hüquqsuz və etibarnaməsiz istifadə etdiyi müəyyən edilmişdir. Daha sonra avtomobili müvəqqəti saxlanca aparmaq istəyərkən səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində avtomobillə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra polis əməkdaşları onun avtomobili hüquqsuz istifadə etdiyini müəyyən etmişlər və avtomobili müvəqqəti saxlanca aparmaq istəyərkən o, mane olmuş və əsəbləşərək özünü polis əməkdaşlarına izah edərkən uca səslə danışmış və özünü izah edə bilməmiş aralarında anlaşılmazlıqlar olmuşdur. Daha sonra həmin polis əməkdaşları onu Ağsu RPŞ-yə gətirmişlər. O, öz səhvini başa düşür bir də belə səhvlərə yol verməyəcəyinə söz verir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixində axşam radələrində Ağsu RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis baş leytenantı Orxan Əzizov ilə birlikdə xidmətdə olan zaman Şəxs Ford Transit markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxla işarəsini vermişlər və özlərini təqdim etdikdən sonra Tofiqdən sənədləri tələb etmişlər, lakin Tofiq sənədinin olmadığını və atasının icazəsi ilə avtomobili idarə etdiyini bildirmişdir. Daha sonra avtomobili müvəqqəti saxlanca apararkən mane olmuş və əsəbləşərək özünü ifadə etməyə çalışarkən ucadan danışmışdır. Verilən suallara cavab olaraq Fərid Nəbiyev bildirmişdir ki, Şəxs onları təhqir etməmiş, onlara qarşı nalayiq ifadələr işlətməmiş, sadəcə əsəbləşərək ucadan danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixində axşam radələrində Ağsu RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Fərid Nəbiyev ilə birlikdə xidmətdə olan zaman Şəxs Ford Transit markalı **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxla işarəsini vermişlər və özlərini təqdim etdikdən sonra Tofiqdən sənədləri tələb etmişlər, lakin Tofiq sənədinin olmadığını və atasının icazəsi ilə avtomobili idarə etdiyini bildirmişdir. Daha sonra o, avtomobili müvəqqəti dayanacağa apararkən mane olmuş və əsəbləşərək özünü ifadə etməyə çalışarkən ucadan səs-küy salmışdır. Verilən suallara cavab olaraq Orxan Əzizov bildirmişdir ki, Şəxs onları təhqir etməmiş, onlara qarşı nalayiq ifadələr işlətməmiş, sadəcə əsəbləşərək ucadan danışmışdır. Məhkəmə, inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 01 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam radələrində Ağsu şəhəri, Vidadi küçəsində saxlanılaraq avtomobili hüquqsuz və etibarnaməsiz istifadə etdiyi müəyyən edilmişdir. Daha sonra avtomobili müvəqqəti saxlanca aparmaq istəyərkən səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45-də inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs ictimai qaydanı pozması və eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahid ifadəsi, “İnzibati xəta haqqında” protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs törətdiyi əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 34.3-cü maddəsinə əsasən Şəxs barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar