Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-515/2024 02.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Ağsu rayonu, Dilman kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləyən, subay, Ağsu rayonu, Dilman kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qocayev X1 Rayon Məhkəməsinin 2(050)-1644/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin və 2(050)-2509/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-1644/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən iki uşağın saxlanması üçün hər ay 150 manat məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi barədə icra sənədi icraata daxil olmuşdur. Bundan başqa 2(050)-2509/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən alimentin məbləği qaldırılaraq iki uşağın saxlanılması üçün hər ay 280 manat məbləğində olması müəyyən edilmişdir və hal hazırda vətəndaşın 4.790 manat məbləğində aliment borcu yaranmışdır. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müracıət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, izahatı alınmışdır. Barəsində İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Masallı Rayon Məhkəməsinin 2(050)-1644/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən hər ay 150 manat məbləğində 2(050)- 2509/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən isə iki uşağın saxlanılması üçün hər ay 280 manat məbləğində alimenti Zərərçəkmiş şəxs ödəməlidir. O deyir ki, xx.xx.2023-cü ildə o, iddiaçıya 800 manat məbləğində bir, 300 manat məbləğində də bir ödəniş etmişdir. Bundan başqa ödənişlərdə ödəmişdir. Ödədiyi ödənişlərin bəzilərinin qəbzinin olduğunu söyləyir. O, Şadlıq sarayında işləyir və 500 manat məbləğində maaş alır. Ona vaxt verilməsini, hər ay ödəniş edəcəyini bildirdi. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-1644/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi və 2(050)- 2509/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2 uşağın saxlanılması üçün hər ay aliment alınıb ona verilməlidir. Lakin hal-hazırda Şəxs ona 4.790 manat məbləğində aliment borcu var və ödəməkdən boyun qaçırır. Bu səbəbdən, barəsində İXMin 528.1-cı maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları, 02 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 528.1-cı maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Normanın tələbinə əsasən, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-in 528.1-cı maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-cı maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 02 oktyabr 2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-515/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-515/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver