Məhkəmə qərarları › İş №3(016)-516/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-516/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-516/2024 03.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Rusiya Federasiyası, Tümen vilayətinin Surqut şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, işsiz, evli, Ağsu şəhəri, X4 küçəsi, ev 72 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 232-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs “Mercedes Benz” minik markalı, **- EO-*** dövlət qeydiyyat nişanlı avtomobilini təpiklə əzərək ona qəsdən maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə içkili olduğu üçün özündən aslı olmayaraq Zərərçəkmiş şəxs “Mercedes Benz” minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilini təpiklə əzərək ona qəsdən maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs ona məxsus avtomobili təpiklə əzərək ona maddi ziyan vurmuşdur. Hazırda zərərçəkmişlə barışmış, ona dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, təqsirini etiraf edir. Belə ki, Zərərçəkmiş şəxs məxsus avtomobili təpiklə əzərək maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Bu səbəbdən, barəsində tərtib edilmiş protokolun icrasına xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarına əlavə edilən “İnzibati xəta haqqında” 03 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs “Mercedes Benz” minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilini təpiklə əzərək ona qəsdən maddi ziyan vurmuşdur. İş materiallarında olan ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz” minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşına təmir xərci ilə birlikdə 230 manat ziyan dəymişdir. İXM-in 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəyərək zərər çəkmiş şəxslə barışdığından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında İXM-in 232-1-ci ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar