Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-52/2023 27.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Ağsu rayonu, Qəşəd kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Ağsu rayonu, Qəşəd kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 18 yanvar 2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahat verərək göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə Ağsu RPŞ-nin PPXB-nin əməkdaşları Ağsu rayonu, Qəşəd kəndində xidmətə olarkən Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozduğunu görmüş, onları PŞ-nə gətirmişlər. Onun barəsində İXM-nin 590.2-ci maddəsi ilə tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, özünə məxsus təsərrüfatda xırda buynuzlu heyvanlar saxlayaraq ailəsini dolandırır. Mərhum babasından qalma tək lüləli, ij markalı, 16 kalibrli ov tüfəngi vardır. xx.xx.2023-cü il tarixdə kəndlərində qoyun nobatında olan zaman hava dumanlı və qarlı olduğu üçün heyvanlara yırtıcı heyvanların hücum etməsindən ehtiyat edərək özü ilə bərabər tək lülə ov silahını da götürmüşdür. Həmin vaxt onunla kəndin digər qoyun nobatında olan Kamil Alıyev də özünə məxsus olan ov tüfəngi ilə heyvanları otarmaq üçün gəlmişdir. Saat təxminən 12 radələrində örüş sahəsində olduqları vaxt ərazidə xidmət aparan Ağsu RPŞnin əməkdaşları gəlib onlara yaxınlaşmış, özlərini təqdim etdikdən sonra silahın sənədinin olub-olmamasını soruşmuş, onlar da silahların sənədlərinin olmamasını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları silahları ilə birlikdə Ağsu RPŞ-nə dəvət etmişlər. Əməlindən səmimi peşmandır. Buna görə də ona yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. “İnzibati xəta haqqında” 27 yanvar 2023-cü il tarixli, MN ******* saylı protokolla müəyyən olunur ki, Şəxs 18 yanvar 2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan ov tüfənginin saxlanılması və daşınması qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilən Ağsu rayon X3 Qrupunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Göründüyü kimi, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 16 kalibirli, çaxmaqlı, hamar tək lüləli, P 73600 nömrəli mülki ov tüfəngi müsadirə edilməklə barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 16 kalibirli, hamar tək lüləli, P 73600 nömrəli mülki ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-52/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-52/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver