Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(016)-527/2024 18.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 272.3cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 15 oktyabr 2024-cü il tarixdə lisenziyası olmadan qanunsuz ov edərək, ov etmə qaydalarını pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahat verərək göstərdi ki, 15 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları Cavanşir gölü ətrafında Şəxs əlində silah qanunsuz ov etdiyini görmüşlər. Onun 3 alabaxta vurduğu aşkar edilmişdir. Barəsində inzibati protokol tərtib olunmuş, izahatı alınmışdır. İzahat zamanı silahın özünə məxsus olduğu bilinmişdir, lakin lisenziyası olmadan ov qaydalarını pozmuşdur. Onun barəsində İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o həmişə darıxanda dağa çıxaraq ov edir. Lakin ovçu deyil. İlk dəfə idi ki, təzə silah aldığı üçün belə bir qərara gəlib. Cavanşir gölündən deyil, dağın ətəyindən ov edib. Ov silahının sənədləri var və ona məxsusdur. Əməlindən səmimi peşmandır. Buna görə də ona yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXMin 272.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 16 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 15 oktyabr 2024-cü il tarixində lisenziyası olmadan ov edərək, ov etmə qaydalarını pozmuşdur. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 3 ədəd alabaxta quşu qanunsuz ovlanaraq məhv edildikdə təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirlilməsi qaydaları haqqında” qanuna əsasən 16,50 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs xx.xx.20245-cü il tarixdə istifadəsində olan ona məxsus yivsiz ov tüfəngi ilə Ağsu rayonu, Qaraməmmədli kəndi ərazisində çöl sahədə, qadağan olunmuş yerdə 3 ədəd göyərçinlər fəsiləsindən olan alabaxta quşunu qanunsuz ovlanaraq ovlamışdır. İXM-in 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXMin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1.000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №3(016)-527/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(016)-527/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver